18 Oktyabr 2011 03:10
392
İQTİSADİYYAT
A- A+

Nəqliyyatı intellektual idarəetmə sisteminin beyin mərkəzini almaq üçün NATO qarşısında öhdəlik götürülüb

 

Bu barədə jurnalistlərə açıqlamasında nəqliyyat naziri Ziya Məmmədov bildirib. Onun sözlərinə görə, sistem hələlik Bakı şəhərini, sonrakı mərhələlərdə isə Abşeron rayonunu və ölkənin digər ərazisini, o cümlədən magistral yolları, eləcə də şəhər və rayon mərkəzlərini əhatə edəcək.

Z.Məmmədov qeyd edib ki, sistemin sonrakı mərhələlərdə genişləndirilməsi üçün əlavə vəsaitə ehtiyac olmayacaq: "Çünki sistemin indiki texniki imkanları bütün ölkəni əhatə etməyə imkan verir".

Nazirin dediyinə görə, sistemin ən yüksək texnologiyalar əsasında hazırlanmış beyin mərkəzi ABŞ-dan alınıb. Bunu almaq üçün hətta NATO-dan xüsusi icazə alınıb. Azərbaycan tərəfi təminat verib ki, bu sistem başqa ölkələrə ötürülməyəcək.

Z.Məmmədov layihə çərçivəsində şəhərin təhlükəsizliyi sahəsində də ciddi işlərin görüləcəyini vurğulayıb: "Artıq bir aydan sonra şəhərdə hərəkət edən istənilən şəxsi sistemin operatorları görə biləcəklər. Bu isə cinayətkarlığın azalmasına müsbət təsir edəcək".

Qeyd edək ki, Bakıda nəqliyyatın hərəkəti Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin beşmərtəbəli inzibati binasındakı müasir server, 18 şəbəkə avadanlığı, ümumi sahəsi 120 kv.metr olan monitor vasitəsilə idarə ediləcək. Burada dünyada nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemində tətbiq olunan və 600 rəqəmsal görüntünü əks etdirən ən böyük monitor quraşdırılıb. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumat əldə etmək mümkündür. Monitorda Abşeron yarımadasının rəqəmsal xəritəsi də əks olunub. Dayanacaqlarda quraşdırılan informasiya terminalı vasitəsilə avtobusların hərəkət cədvəli, dayanacağa çatma müddəti barədə məlumat almaq mümkündür. Videoaşkarlayıcı sistem vasitəsilə yollardakı vəziyyətin təhlil edilərək mərkəzi monitorda əks olunması üçün 326 sistem quraşdırılır. Yollardakı vəziyyətin müşahidəsi, hərəkət zamanı nasazlıq yaranan nəqliyyat vasitələrinin, baş vermiş qəza hallarının müəyyənləşdirilməsi, sıxlıq yaranan ərazilərdə monitorinqin aparılması üçün magistrallarda 60 kamera yerləşdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video