12:22 25 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
00:51 25.07.2021

Səmanın fatehi


00:38 25.07.2021

Cüdoda uğursuz start


00:38 25.07.2021

İlk medalçılar


00:36 25.07.2021

Boksçumuz 1/8 finalda


00:35 25.07.2021

Ən çox qəhvə içənlər


00:33 25.07.2021

Ən dadlı qəhvə


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
19:50 18.06.2021

 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdikləri iclasda xüsusi olaraq qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərin müasir çağırışlar nəzərə alınaraq və ən yeni texnologiyalar tətbiq edilməklə kompleks bərpası məqsədilə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi ümumi kurs, imzaladığı fərmanlar və sərəncamlar, verdiyi tapşırıqlar əsas götürülərək nəqliyyat və rabitə infrastrukturunun bərpası məqsədilə əhəmiyyətli layihələr icra edilməkdədir.

Belə ki, işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına qısa müddətdə reinteqrasiyası baxımından ərazi daxilində, eləcə də ərazi ilə digər regionlar arasında beynəlxalq standartlara cavab verən nəqliyyat infrastrukturu qurmaqla kommunikasiyaların bərpası, bu sahədə regional əməkdaşlığın genişləndirilməsi və bölgənin tranzit potensialının gücləndirilməsi olduqca vacibdir.

Bu məqsədlə həmin ərazilərdə işğala qədər mövcud olmuş avtomobil və dəmir yollarının, eləcə də hava limanlarının bərpa edilməsi və tələbata uyğun olaraq yenilərinin tikintisi üzrə hazırda icra edilən prioritet layihələrlə bağlı aidiyyəti qurumların nümayəndələri tərəfindən məlumatlar verildi, layihələrin icrası zamanı qarşıya çıxan məsələlərin həlli istiqamətində müzakirələr aparıldı.

İclasda, həmçinin qeyd olundu ki, işğaldan azad edilmiş ərazilərin ölkənin vahid informasiya-kommunikasiya məkanına hərtərəfli inteqrasiyası üçün magistral və lokal telekommunikasiya şəbəkələrinin tikilməsi və alternativlik təmin edilməklə respublikanın ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulması, müasir tələblərə uyğun mobil və sabit telekommunikasiya şəbəkələrinin qurulması, orada yaşayacaq və fəaliyyət göstərəcək əhaliyə və dövlət qurumlarına yeni texnologiyalar əsasında keyfiyyətli və fasiləsiz telefon, internet, radio-televiziya yayımı, poçt-maliyyə və s. xidmətlərinin təşkil edilməsi, efirə radionəzarətin və efir məkanının təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri tədbirlər həyata keçiriləcəkdir. Bu məqsədlə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı” hazırlanmış, aidiyyəti İşçi qruplarının, eləcə də qurumların rəyləri nəzərə alınaraq İdarələrarası Mərkəzə təqdim edilmiş və müvafiq qaydada icraya götürülmüşdür.

İşğaldan azad olunan ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası üzrə bütün qurumlar tərəfindən görülən işlərin İşçi Qrupu vasitəsilə İdarələrarası Mərkəzlə əlaqələndirilməklə icra edilməsinin, hər bir qurum və nümayəndə tərəfindən bu proseslərdə fəal və qarşılıqlı əməkdaşlıq şəraitində iştirakın təmin olunmasının vacibliyi vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM