26 Avqust 2021 23:55
206
İDMAN
A- A+

"Neftçi" klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb

 

Bakının "Neftçi" klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

AZƏRTAC xəbər verir ki, avqustun 26-da turnirin pley-off mərhələsinin cavab oyunları çərçivəsində Bakı təmsilçisi İsraildə "Makkabi" (Hayfa) klubunun qonağı olub.

“Sammi Ofer” stadionunda keçirilən matçda "Neftçi"nin start heyətində Aqil Məmmədov, Harramiz Soareş, Voislav Stankoviç, Uqu Baştu, Mert Çelik, Fəhmin Muradbəyli, Romen Bask, Mamadu Kane, Emin Mahmudov (k), Sezar Meza Kolli və Sabir Buqrin yer alıblar.

“Makkabi”nin heyətində isə meydana Josua Coen, Beqdan Planiç, Ori Dahan, Rayan Strein, San Menaçem, Mohammed Abu Fani, Joze Rodriqes, Tyaron Çeri (k), Din Devid, Ömər Atzili və Dolev Haziza çıxıblar.

Şimali Makedoniyadan olan FIFA referisi Aleksandr Stavrevin idarə etdiyi oyun "Makkabi"nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hayfa təmsilçisinin heyətində San Menaçem, Ömər Atzili, Dolev Haziza və Mohammed Abu Fani fərqləniblər.

Qeyd edək ki, komandalar arasında Bakıda təşkil olunan ilk oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə, "Neftçi" klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

Mübarizəyə UEFA Çempionlar Liqasından start verən Bakı təmsilçisi “Dinamo”dan (Tbilisi) üstün olsa da, növbəti mərhələdə Yunanıstanın “Olimpiakos” komandası ilə bacarmayıb. UEFA Avropa Liqasına düşən komanda iki matçın nəticəsinə görə, Finlandiyanın HİK komandasına məğlub olub və UEFA Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanmışdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video