04:41 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Neftçala Olimpiya İdman Kompleksinin inşasında tamamlama işləri gedir

ANA SƏHİFƏ / İDMAN
00:21 17.09.2021

 

Pandemiyanın tuğyan etməsinə, Qarabağda genişmiqyaslı tikinti-quruculuq işlərinin görülməsinə baxmayaraq, regionların sosial-iqtisadi inkişafı 4-cü Dövlət Proqramında nəzərdə tutulmuş layihələrdə reallaşır. Belə layihələrdən biri də Neftçalada inşa olunan olimpiya idman kompleksidir.

İndi demək olar hər rayonda belə kompleks mövcuddur. Məqsəd böyüməkdə olan gənc nəslin sağlam, fiziki cəhətdən hazırlıqlı olmasını, onların asudə vaxtlarının səmərəli keçməsini təmin etməkdir. Bundan başqa, bu gün Azərbaycan həm də idman ölkəsi kimi tanınır. İdmançılarımız beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər. Azərbaycanın özü də beynəlxalq yarışlara az evsahibliyi etmir.

Neftçalada da yaxşı idman ənənələri var. Keçən əsrin 60-cı illərində tikilən stadion indi də fəaliyyət göstərir. Bu illər ərzində stadion saysız-hesabsız idman tədbirlərinə şahidlik etmişdir. Hətta “Neftçi” burada görüşlər keçirmişdir. Ümumiyyətlə, sovetlər zamanında Neftçalada boks, güləş, voleybol və digər növlər üzrə adlı-sanlı idmançılar yetişmişdir. Şübhə yoxdur ki, tikintisi başa çatmaqda olan olimpiya idman kompleksi rayonda idmanın inkişafına yenidən təkan verəcək. Yetişən gənc nəsil Neftçala idmanının keçmiş şöhrətini özünə qaytaracaq, onu daha  irəli aparacaqdır. Bunun üçün kompleksdə idmançılar üçün bütün şərait yaradılır.

Tikintidə tamamlama işləri görülür. Sifarişçisi Gənclər və İdman Nazirliyi, podratçısı “Meqaplus” MMC olan kompleksdə müasir avadanlıqlarla təchiz ediləcək üzgüçülük hövuzu, güləş, tennis, boks, bilyard, şahmat, rəqs, trenajor, ağırlıqqaldırma, stolüstü oyunlar, eləcə də voleybol, basketbol, həndbol zalları, o cümlədən açıq havada müvafiq idman meydançaları fəaliyyət göstərəcək. Bundan başqa, müxtəlif tədbirlərin keçirilməsi üçün akt və internet zalları, bar, habelə hotel idmançıların xidmətində olacaq. Avropa standartları səviyyəsində qurulan kompleksin səmərəli fəaliyyət göstərə bilməsi üçün elektrik yarımstansiyası, alternativ 2 işıq mənbəyi - generator, yanğına qarşı hər birinin tutumu 200 kubmetr olan 2 və 32 kubmetrlik 1 içməli su anbarı, şambo - kanalizasiya xətti, mərkəzləşdirilmiş qaydada işləyəcək soyutma və istilik sistemi olacaq.

İnşaatçılar kompleksi noyabr ayında istifadəyə verməyi planlaşdırırlar.

 

Seyran CAVADOV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM