29 Yanvar 2012 12:01
546
Oxucu məktubları
A- A+

Nəcib əməl

 

Neçə vaxt idi ki, yolumuz bərbad vəziyyətdə idi. Onun sahmana salınması üçün vəsait çatışmırdı. Prezident İlham Əliyev ötən il avqust ayının 24-də 2011-ci ilin dövlət büdcəsində kəndarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,3 milyon manatının bizim rayona ayrılmasına dair sərəncam verdi.

Bundan sonra qısa müddət ərzində texnika gəldi, işçi qüvvəsi cəlb olundu. Heç dörd ay keçmədi ki, 7,5 kilometr uzunluğunda asfalt yolun inşası başa çatdırıldı. İndi ətrafda səliqə-sahman yaradılır. Səkilər, keçidlər nizamlanır, abadlıq işləri aparılır.

Bu, beş kənddə yaşayan azı on bir min nəfərin rahatlığı deməkdir. Ayna kimi bərq vuran asfalt yol boyunca maşınlar indi çox rahat şütüyür. Baxdıqca adamın ürəyi açılır. Bu nəcib, xeyirxah iş üçün bölgənin bütün sakinləri dövlət başçısına öz dərin minnətdarlıqlarını bildirirlər.

 

Barat ƏLİYEV,

Ağstafa rayonu Xətai kəndinin sakini, əmək veteranı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video