02 Sentyabr 2011 12:09
386
İQTİSADİYYAT
A- A+

Nazirlik qiymət artımının süni amillərlə bağlı olduğunu bildirir

 

"Azərbaycan" qəzetinin 1 və 27 iyul 2011-ci il tarixli nömrələrində dərc olunmuş "Qiyamət qoparan qiymət" və "Ətlə cib kəsənlər" sərlövhəli məqalələr Kənd Təsərrüfatı Nazirliyində araşdırılmışdır.

Qiymətlərin süni surətdə qaldırılmasının qarşısının alınması və istehlak bazarına nəzarət İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həyata keçirilir. Bildiririk ki, bazar iqtisadiyyatı tələblərinə uyğun ərzaq və digər məhsulların qiymətləri dövlət tərəfindən tənzimlənir və bazarın vəziyyətinə  uyğun nizamlanır.

2010-cu ildə meyvə və giləmeyvə respublika əhalisinin tələbatından 1,7 dəfə, tərəvəz-bostan məhsulları 1,9 dəfə, kartof isə 2,4 dəfə artıq istehsal edilmiş, mal əti istehsalı isə əvvəlki ilə nisbətən 44,2 faiz artmışdır. Cari ilin 7 ayında keçən ilin müvafiq dövrünə nisbətən kartof, tərəvəz-bostan məhsulları, meyvə və giləmeyvə 3,0-2,5 faiz civarında artmışdır.

Kənd təsərrüfatı məhsullarının belə bir artımı şəraitində istehlak bazarında məhsulların qiymətlərinin artırılması normal hesab edilə bilməz.

4 avqust 2011-ci il tarixdə Bakı şəhərinin 5 bazarında aparılmış monitorinq nəticəsində məlum olmuşdur ki, kartofun 1 kiloqramının qiyməti 40-80 qəpik, pomidorun 50 qəpik - 1 manat, xiyarın 50 qəpik - 1 manat 50 qəpik, almanın 1-2 manat 50 qəpik, qarpızın 15-20 qəpik, mal ətinin 5-7 manat, qoyun ətinin 5-8 manat arasındadır.

Qyimətlərin nisbətən yüksək olmasının əsas səbəbi kənd təsərrüfatı məhsullarının nəql edilməsi zamanı müxtəlif subyektiv maneələrin yaradılması və satışının bilavasitə möhtəkirlərlə əlaqədə olması və eyni zamanda ixrac əməliyyatlarının artmasıdır.

İstehlak bazarında qiymətlərin artmasının qarşısının alınması məqsədilə 2006-cı ilin iyulundan həftənin şənbə və bazar günlərində, eyni zamanda bayram günlərində Bakı şəhərinin müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarının satışı yarmarkası keçirilir ki, burada da qiymətlər bazar qiymətlərindən 25-35 faiz aşağı olur. Bununla yanaşı, kartofun, tərəvəzin, bostan məhsullarının, meyvə və giləmeyvə istehsalının əhalinin istehlak normasından 1,9-2,4 dəfə artıq olması ilə əlaqədar məhsul itkisinin qarşısının alınması və əhalinin müntəzəm olaraq kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi məqsədilə respublikanın bir çox rayonlarında dövlət vəsaiti hesabına ümumi tutumu 60,0 min tondan artıq olan soyutma anbarları tikilib istifadəyə verilmişdir.

Respublika əhalisinin istehlak tələbatının ödənilməsi məqsədilə kənd təsərrüfatı məhsulları bolluğunun yaradılması və istehsal edilmiş məhsulların saxlanılmasının təşkil edilməsi üçün geniş iş aparılır və bundan sonra da müvafiq praktiki tədbirlər həyata keçiriləcəkdir.

 

Aslan ASLANOV,

kənd təsərrüfatı nazirinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video