24 Dekabr 2011 03:12
404
Nazirlər Kabineti
A- A+

Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir

 

Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir. Nazirlər Kabineti "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Prezidentinin 2011-ci il 15 sentyabr tarixli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə dekabrın 19-da Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında qərar qəbul etmişdir.

"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2009-cu il 27 avqust tarixli fərmanının 1.16-cı bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq dekabrın 19-da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 5 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş "Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin, Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi Qaydaları və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin Normaları"nda dəyişikliklər edilməsi haqqında qərar qəbul edilmişdir.

"Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1 oktyabr tarixli fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə dekabrın 19-da "Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması Qaydası"nın təsdiq edilməsi haqqında qərar qəbul edilmişdir.

"Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2010-cu il 1 oktyabr tarixli fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə dekabrın 19-da "Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında qərar qəbul edilmişdir.

Qərarlar imzalandıqları gündən - dekabrın 19-dan qüvvəyə minmişdir.

Eyni zamanda, Nazirlər Kabineti dekabrın 21-də Azərbaycan Prezidentinin 2006-cı il 18 aprel tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə"nin 16-cı hissəsinə əsasən, "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 146 nömrəli qərarında dəyişiklik edilməsi barədə qərar qəbul etmişdir.

Qərar imzalandığı gündən - dekabrın 21-dən qüvvəyə minmişdir.

"Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin işçilərinin əməkhaqları barədə" Azərbaycan Prezidentinin 2011-ci il 10 noyabr tarixli sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə dekabrın 21-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş "Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"ndə dəyişiklik edilməsi barədə qərar qəbul edilmişdir.

Qərar 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video