02 Oktyabr 2021 21:07
810
İQTİSADİYYAT
A- A+

Nazir Rəşad Nəbiyev elm və texnologiya nazirlərinin 18-ci dəyirmi masasında onlayn formatda iştirak edib

 

Dünyanın 50-dən çox ölkəsinin qatıldığı elm və texnologiya nazirlərinin 18-ci dəyirmi masası virtual formatda təşkil olunub.

Dəyirmi masa cəmiyyətdə Elm və Texnologiya (STS) Forumunun yüksək səviyyəli iclası hesab olunur.

Qeyd edək ki, ilk dəfə 2004-cü ilin noyabr ayında Yaponiyanın Kyoto şəhərində təsis olunmuş forum qeyri-rəsmi əsasda açıq müzakirələr üçün yeni bir mexanizm təmin etmək, elm və texnologiyanın tətbiqindən qaynaqlanan problemləri vaxtında müzakirə etmək məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, elm və texnologiya nazirlərinin 18-ci dəyirmi masasında iştirak edən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizədə istifadə edilmiş yeni texnologiyalar, yaradılmış rəqəmsal platformalar haqqında danışıb: “Bu həllər virtual tibb, virtual tədris, videokonfrans sistemi və karantin rejimi dövründə insanların evlərini tərk etmələrinə icazə verən xüsusi elektron platformanı əhatə edir”.

Bildirilib ki, 44 gün davam edən Vətən müharibəsindən sonra ordumuz 30 ilə yaxın erməni işğalı altında olan torpaqları azad etdi. Ölkənin qarşısında uzun bir yenidənqurma prosesi dayanır və Azərbaycan Prezidenti İlham Əliyevin gələcəyə baxışının əsas strateji istiqamətlərindən birini “yaradıcı və innovativ cəmiyyət” qurmaq təşkil edir, bunun da tərkib hissəsi elm və texnologiyanın inkişafıdır. Bu, geniş araşdırma, startap ekosisteminin inkişafı və innovativ həllərin tətbiqi əsasında həyata keçiriləcək.

Qeyd olunub ki, ancaq bu gün ölkələr beynəlxalq əməkdaşlığa qapılarını açmadan heç bir sahədə əsl sıçrayış əldə edə bilməzlər. Azərbaycan, böyük transmilli şirkətlərin yalnız infrastruktura deyil, insan kapitalına sərmayə qoyma, xüsusən də ölkədə istedadların inkişafı üçün tədqiqat laboratoriyaları qurma modelini alqışlayır.

“Azərbaycanda hökumət, iqtisadiyyat və cəmiyyətin rəqəmsal transformasiyası strateji bir zərurətdir, modernləşmə və inkişafın hərəkətverici qüvvələrindən biridir”, – deyə dəyirmi masada vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video