23 Noyabr 2021 16:58
730
PARLAMENT
A- A+

Nazir müavini: Qeyri-neft sənayesində 8 faizdən çox artım proqnozlaşdırılır

 

Cari məzənnə və makroiqtisadi sabitliyin qorunması üçün tədbirlər həm monetar, həm də iqtisadi siyasət çərçivəsində görüləcək. Artım nəticəsində adambaşına düşən ümumdaxili məhsulumuz 10 min manatı keçəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

O bildirib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlara görə, 2022-2026-ci ildə dünyada iqtisadi orta illik artım tempinin 3,7 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 4,6 faiz olması proqnozlaşdırılır. “Bizim strategiyamızın icrası nəticəsində qeyri-neft sektorunun (5 faizdən çox) və ÜDM-in (4 faiz ətrafında) artımı BVF-nin proqnozlarından yüksəkdir. Təkanverici sahələrimiz qeyri-neft sənayesi olacaq. Burada 8 faizdən çox artım proqnozlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video