25 Iyun 2021 11:20
471
İQTİSADİYYAT
A- A+

Nazir İnam Kərimov İzmirdə Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisinin açılış mərasimində iştirak edib

 

İzmirdə 16-cı Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisi fəaliyyətini davam etdirir. AgroExpo Mərkəzində keçirilən sərgiyə 80 ölkədən 1050 rəsmi qonaq qatılıb. Dörd gün davam edəcək sərginin işini 400 minə yaxın ziyarətçinin izləyəcəyi gözlənilir. Türkiyənin ən böyük kənd təsərrüfatı sərgisi sayılan Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisini 10 mindən artıq xarici iş adamı da izləyəcək. Bu il sərgidə ikitərəfli danışıqlar nəticəsində kənd təsərrüfatına dair 1 milyard dollar həcmində qarşılıqlı müqavilələrin imzalanacağı gözlənilir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sərginin açılış mərasimində Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Heyət üzvləri pavilyonları ziyarət edib, innovativ yeniliklərin nümayiş olunduğu stendlərlə tanış olublar.

Sərginin açılış mərasimindən sonra iki ölkənin kənd təsərrüfatı nazirləri İnam Kərimov ilə Bekir Pakdemirli arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın sürətlə inkişafından məmnunluq ifadə olunub, martın 17-də Bakıda Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsində nəzərdə tutulan istiqamətlər üzrə işlərin davam etdiyi vurğulanıb. Tərəflər qısa müddət ərzində Türkiyədə aqrar sahədə istifadə olunan müasir texnologiyaların Azərbaycanda tətbiqi imkanları ilə bağlı təcrübə mübadiləsi aparıldığını, Türkiyədə mövcud olan müasir təlim metodologiyaları əsasında yerli fermer və mütəxəssislərə təlimlər keçirildiyini xatırladıblar. Hər iki nazir kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb, bunun üçün böyük potensial olduğunu qeyd ediblər.

Nazir İnam Kərimov sərgi çərçivəsində Şimali Makedoniya Respublikasının kənd təsərrüfatı, meşə və iqtisadiyyat naziri Arjanit Xoca ilə görüşüb. Görüşdə iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

İzmir 16-cı Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisi sentyabrın 27-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video