16 Iyul 2021 11:10
874
İQTİSADİYYAT
A- A+

Nazir İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim-tələbə heyəti ilə görüşüb

 

Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində yeni tədris ilinə hazırlıq işləri ilə tanış olub.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir yeni fəaliyyətə başlayan Biotexnologiya Mərkəzinə baş çəkib, ADAU-nun yeni saytının təqdimat mərasimində iştirak edib, Peşə Təlimi Mərkəzində son tamamlama işləri ilə tanış olub, universitetin müəllim-tələbə heyəti ilə görüş keçirib.

Bu ildən Azərbaycan Dövlət Aqrar Universitetinin Biotexnologiya Mərkəzi fəaliyyətə başlayır. Mərkəzdə laboratoriya şəraitində klon calaqaltı formaları mikroklonal üsulla çoxaldılır. Ən müasir avadanlıqlarla təchiz olunmuş Biotexnologiya Mərkəzində bu universiteti bitirmiş mütəxəssislər çalışır.

Tələbə Parkında müəllimlərlə keçirilən görüşdə aqrar sahə üzrə mütəxəssis hazırlığı, bu sahədə elmi araşdırmalar, təhsilin keyfiyyətinin artırılması, tələbə və müəllimlərin mübadilə proqramları çərçivəsində xarici ölkələrdə təhsil alması, xarici mütəxəssislərin təhsil prosesinə cəlb edilməsi təcrübəsinin ildən-ilə genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə səsləndirilən təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün müvafiq tapşırıqlar verilib.

Təhsil-Tədris Təsərrüfatında tələbələrlə görüşdə qeyd olunub ki, yaxın günlərdə "Aqrar İnkişaf Könüllüləri" Təşkilatı və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə "Sabahın Kənd Təsərrüfatı" adlı Yay Məktəbi fəaliyyətə başlayacaq. Yay Məktəbində ölkəmizin və xarici ali təhsil müəssisələrinin aparıcı alimlərinin, beynəlxalq təşkilatların, dövlət və biznes strukturlarının nümayəndələrinin iştirakı ilə sabahın kənd təsərrüfatı, işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı, qlobal iqlim dəyişikliyi, onun aqrar sahənin inkişafına və ərzaq təhlükəsizliyinə təsiri, aqrar gənclik və aqrar təhsil istiqamətləri mövzularında təlimlər və görüşlər həyata keçiriləcək.

Nazir bakalavr təhsilini uğurla başa vuraraq magistraturaya qəbul olmuş tələbələri təbrik edib, Aqrar İnkişaf Könüllülərinə fəaliyyətlərində uğurlar diləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video