31 May 2014 11:05
527
Səhiyyə
A- A+

Naxçıvanda yeddi uşaq üzərində açıq ürək cərrahiyyəsi əməliyyatı aparılmışdır

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin nəzdindəki Uşaq Ürək Cərrahiyyə Mərkəzinin həkim briqadası tərəfindən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 4 gündə yeddi uşaq üzərində açıq ürək cərrahiyyəsi əməliyyatları həyata keçirilmişdir.

Naxçıvan MR Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, uğurla keçən əməliyyatları kardiocərrah Elnur Həsənov, uşaq cərrahı Faiq Mirzəzadə, habelə digər həkimlərin və tibb bacılarının təmsil olunduğu peşəkar heyət aparmışdır. Altı aylıq körpə Rəna Səfərova, on yaşlı Rəhman Məmmədov və bir yaşlı Zümrüd Əliyeva mitral qapaq prolapsına görə əməliyyat olunmuşlar. Digər körpə Fəridə Kəlbiyeva üzərində aparılan cərrahiyyə əməliyyatı nəticəsində ürəyin anadangəlmə mədəcikarası çəpər qüsuru aradan qaldırılmışdır.
Eyni zamanda, invaziv kardioloq Elnur İmanov iki gün ərzində anadangəlmə ürək qüsur olan 42 uşağı exokardioqrafik müayinədən keçirmişdir.
Qeyd edək, M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin nəzdindəki Uşaq Ürək Cərrahiyyə Mərkəzinin həkim briqadası, artıq üç ildir muxtar respublikada uşaqların ürək müayinəsini invaziv üsulla həyata keçirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video