30 Sentyabr 2021 23:09
373
SİYASƏT
A- A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşüb

Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Milli Müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbəlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri nümayəndə heyətini Naxçıvanda görməkdən məmnunluğunu bildirib, ölkələrimiz arasındakı hərbi əməkdaşlıqdan bəhs edib. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsində görülən işləri və həyata keçirilən hərbi təlimləri diqqətə çatdıran Ali Məclisin Sədri Naxçıvanda müdafiə təhlükəsizliyinin təmin olunduğunu bildirib, İkinci Qarabağ müharibəsində Türkiyə dövlətinin siyasi dəstəyini qeyd edib.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin və Mustafa Kamal Atatürkün əsasını qoyduğu Azərbaycan-Türkiyə əlaqələrinin ölkə Prezidentləri tərəfindən uğurla davam etdirildiyini və strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bildirib, Qars müqaviləsi və Şuşa bəyannaməsinin bu mənada əhəmiyyətini vurğulayıb.

Göstərilən səmimi münasibətə və nümayəndə heyəti ilə görüşə görə minnətdarlıq edən Türkiyə Milli Müdafiə nazirinin müavini Muhsin Dərə Vətən müharibəsində qazanılmış tarixi qələbə münasibətilə təbriklərini çatdırıb, şəhidlərin xatirəsinə ehtiramını bildirib. Qonaq ölkələrimiz arasındakı əlaqələrin tərkib hissəsi olaraq ordu quruculuğu sahəsində görülən işlərin vacibliyini vurğulayıb, Naxçıvan Muxtar Respublikasının mühüm strateji və coğrafi əhəmiyyətinə toxunub.

Görüşdə əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video