08:17 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Naxçıvan duzu muxtar respublikanın brendinə çevrilir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:53 22.06.2021

 

Təbiət Azərbaycana bir-birindən qiymətli, əvəzsiz nemətlər bəxş edib. Onlardan  biri də muxtar respublikanın brendinə çevrilmiş Naxçıvan duzudur. Duzdağın mövcudluğu Naxçıvanın dünyanın qədim məskənlərindən biri olduğunu və həyatın buradan başlandığını sübut edir.

Naxçıvanın şəhər kimi formalaşmasında Duzdağın böyük əhəmiyyəti olmuşdur. Cənubi Qafqaz və Yaxın Şərq ölkələrində duzun mədən üsulu ilə çıxarılması təcrübəsi Naxçıvandan götürülüb.  1917-ci ildə Duzdağda əsaslı istismar işlərinə, 1927-ci ildə isə ilk dəfə sənaye üsulu ilə duz çıxarılmasına başlanılıb.

2021-ci ilin iyunun 9-da - Milli Qurtuluş Günü ərəfəsində Duzdağda yeni şaxtanın istifadəyə verilməsi nəinki Naxçıvan, bütün ölkəmiz üçün əlamətdar hadisə oldu. Qeyd edək ki, muxtar respublikada il ərzində 6-8 min ton duz istehsal olunur. Yeni şaxta və istehsal kompleksi fəaliyyətə başladıqdan sonra birnövbəli iş rejimində müəssisənin illik istehsal gücü 15 min ton olacaq. 

Yeni şaxta mədən işçilərinin əməyini xeyli yüngülləşdirib. Texniki təhlükəsizlik qaydalarına tam cavab verən yeni şaxtaya ağır texnikalar daxil olaraq istənilən qədər xammalı daşıya bilir. Şaxtaçılar çalışırlar ki, mövcud duz ehtiyatından səmərəli istifadə edilsin. Mədən işlərində və istehsal prosesində itkinin minimum həddə saxlanılmasına ciddi önəm verilir. Şaxtada iş prosesi belədir: Əvvəlcə yataqlarda qazma işləri görülür. Daha sonra mədəndə partlayış işləri aparılır. Partlayışdan əmələ gələn duz parçaları çeşidlənərək istehsal sahəsinə verilir. Duz üyüdüldükdən sonra müxtəlif ölçülərdə nəfis paketlərdə satılır.

Duzun istehsal və satış həcmini artırmaq məqsədilə yeni müəssisə də qurulur. Hazırda müəssisədə tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Naxçıvan duzunun ölkəmizin digər regionlarında da satışını təmin etmək üçün Bərdə şəhərində baza yaradılıb. Yeni müəssisə istifadəyə verildikdən sonra Naxçıvan duzu ən müasir vasitələrlə daha keyfiyyətlə istehsal olunaraq nəfis paketlərlə dünya mətbəxinə çıxarılacaq. 

 

Sara ƏZİMOVA



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM