16 Sentyabr 2011 07:09
578
Təhsil
A- A+

Naxçıvan Dövlət Universiteti ilə Cənubi Koreya universitetləri arasında əməkdaşlıq genişlənir

 

Naxçıvan Dövlət Universiteti ilə Cənubi Koreyanın Kimçonq Universiteti arasında ikitərəfli əməkdaşlıq haqqında müqavilə 2010-cu ilin aprel ayında Naxçıvanda imzalanmışdır. Həmin vaxt Kimçonq  Universitetinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olmuş, universitetlər arasında ilkin razılaşmalar əldə edilmişdir.  Bundan sonra Kimçonq  Universitetinin rektoru xanım Sunq Ac Kanq videokonfrans vasitəsilə Naxçıvan Dövlət Universitetində keçirilmiş "Elektron Naxçıvan-5" beynəlxalq simpoziumunda çıxış etmiş, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məsələlərindən danışmışdır.

Cənubi Koreya Respublikasının Azərbaycandakı səfirinin Naxçıvan Dövlət Universitetində olması ölkələrarası müstəvidə universitetlərin əlaqələrinin daha da genişlənməsinə şərait yaratmışdır. Hazırda Naxçıvan Dövlət Universitetində Koreya Mərkəzinin təşkili və müasir avadanlıqlarla təchiz edilməsi qarşılıqlı əlaqələr sahəsində aparılan səmərəli işin uğurlu bəhrəsidir.

Bu günlərdə Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Cənubi Koreyanın Kimçonq  və Kyumqsunq universitetlərində görüşlər keçirmişlər. Kimçonq  Universiteti ilə əsaslı tanışlıqdan sonra bu ali təhsil ocağıyla Naxçıvan Dövlət Universitetinin mikrobiologiya, otelçilik və turizm ixtisası üzrə əməkdaşlıq imkanları sahəsində razılaşma əldə edilmlş, universitet əməkdaşlarının elmi əsərlərinin  qarşılıqlı nəşr edilməsi qərara alınmışdır. Busan Kyumqsunq Universiteti ilə tanışlıq da universitetlər arasındakı  əməkdaşlığın imkanlarının müəyyən olunmasında əhəmiyyətli olmuşdur. Naxçıvan Dövlət Universiteti ilə Kyumqsunq Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli və Kyumqsunq Universitetinin birinci vitse-prezidenti, professor Yunsub Yi imzalanma mərasimində çıxış edərək ali məktəblər arasında əlaqələrin inkişaf etdirilməsinə dair konkret təkliflər irəli sürmüşlər. Kyumqsunq Universiteti ilə Naxçıvan Dövlət Universiteti daha çox iqtisadiyyat, tarix, qayaüstü rəsmlərin birgə tədqiqi və incəsənət sahələrində əməkdaşlığa üstünlük verilməsi qərara alınmışdır. Bundan əlavə, Kyumqsunq Universitetindən bir nəfər tanınmış iqtisadçı professorun Naxçıvan Dövlət Universitetində "Koreya iqtisadi modeli və inkişafın yeni istiqamətləri" mövzusunda mühazirələr oxuyacağı barədə də müvafiq razılaşma əldə olunmuşdur.

Bu ilin noyabr ayında Kimçonq Universitetinin nümayəndə heyətinin Naxçıvan Dövlət Universitetinə səfəri nəzərdə tutulur.

 

Mehriban SULTAN

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video