19 May 2012 12:05
442
Təhsil
A- A+

Naxçıvan Dövlət Universiteti beynəlxalq əməkdaşlığı genişləndirir

 

Türkiyə Cümhuriyyətinin Ağrı İbrahim Çeçen Universitetində "Bölgə universitetləri arasındakı işbirliyinin genişlənməsi və qarşıdakı hədəflər" mövzusunda seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan Ağrı İbrahim Çeçen Universitetinin rektoru, professor İrfan Aslan Qafqaz Universitetlər Birliyinin üzvü olan ali məktəblər arasındakı əlaqələrin genişləndiyini və yeni inkişaf mərhələsinə çatdığını qeyd etmişdir.

Seminarda Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli "İşbirliyimizdə olan universitetlər arasında yeni imkanlar" mövzusunda məruzə ilə çıxış etmişdir. İsa Həbibbəyli seminar iştirakçılarına Naxçıvan Dövlət Universiteti haqqında slaydlarla müşayiət olunan məlumat vermişdir. O, yeni inkişaf mərhələsində bu vaxtadək mövcud olan simpoziumlara dəvəti, ortaq incəsəsnət tədbirlərinin və idman yarışlarından əlavə hazırkı mərhələdə birgə elmi layihələrin həyata keçirilməsini, tələbə mübadiləsinin Baloniya sisteminin prinsiplərinə uyğun şəkildə qurulmasını, bu sahədə Türkiyədə yenicə həyata keçirilməsinə başlanılan Mövlana proqramının imkanlarından daha səmərəli istifadə edilməsini təklif etmişdir.

Ağrı İbrahim Çeçen Universitetindəki beynəlxalq seminarda Ərzincan Universitetinin rektoru, professor İlyas Çapoğlu, Ərzurum Texniki Universitetinin rektoru, professor Muəmmər Yaylalı, Gürcüstan Axalçik Universitetinini rektoru, professor Tina Gelaşvili, Van Yüzüncü İl Universitetinin rektoru, professor Peyami Battal, Qafqaz Universitetlər Birliyinin sədri, Ərdahan Universitetinin rektoru, professor Ramazan Qorxmaz, Qars Qafqaz Universitetinin rektoru, professor Sami Özcan, İran İslam Respublikasından Mərənd Universitetinin rektoru, professor Əli Salmanpur və başqaları çıxış edib fikir və mülahizələrini bildirmişlər.

Naxçıvan Dövlət Universitetinin Türkiyə Cümhuriyyətinin Ərzurum Atatürk, Qars Qafqaz, Ağrı İbrahim Çeçen, İqdır, Ərdahan və Gürcütan universitetləri ilə Mövlana proqramı üzrə tələbə mübadiləsinə dair danışıqlar aparılmışdır.

Seminar iştirkçıları Ağrı İbrahim Çeçen Universitetində ən müasir avadanlıqlar və yeni texnologiya əsasında qurulmuş fizika, kimya, biologiya və fiziologiya laboratoriyaları ilə tanış olmuşdular.

 

Mehriban SULTAN

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video