15 May 2014 07:05
263
Səhiyyə
A- A+

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində növbəti açıq ürək əməliyyatları aparılmışdır

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasının kardiocərrahları Kamal Ağarzayev, tibb üzrə fəlsəfə doktorları Seymur Musayev və Fərid Hüseynov Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində yerli həkimlərlə birgə 12 açıq, 1 periferik ürək əməliyyatı aparmışlar. Bu əməliyyatların 3-ü Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin ürək-damar cərrahı İntiqam Fətullayev tərəfindən keçirilmişdir.

AzərTAc xəbər verir ki, ürəyin işemik gərginlik stenokardiyası diaqnozu qoyulmuş xəstə Maral Rzayeva angioqrafiya olunarkən ürək damarlarında ciddi daralmalar müşahidə edilmiş, üzərində aorta koronar şuntlama əməliyyatı aparılmışdır.
Digər xəstələr də miokard infarktından sonrakı vəziyyətlə bağlı angioqrafiya olunmuş, ürək damarlarında tıxaclar müşahidə edilmiş, ürəyin qulaqcıqlararası arakəsmə qüsuru aradan qaldırılmışdır.
Açıq ürək əməliyyatlarında yardımçı işlər Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi kardioreanimasiya bölməsinin tibb bacıları tərəfindən həyata keçirilmişdir.
Mərkəzi Neftçilər Xəstəxanasının yüksək ixtisaslı kardiocərrahları naxçıvanlı həkim İntiqam Fətullayevin apardığı əməliyyatların peşəkar şəkildə həyata keçirildiyindən məmnunluqlarını ifadə etmişlər. Bildirilmişdir ki, muxtar respublikanın səhiyyə müəssisələri lazımi tibbi avadanlıqlarla tam təchiz olunmuşdur. Buradakı şərait və kadr potensialının formalaşması tezliklə bir sıra mürəkkəb əməliyyatların, o cümlədən açıq ürək əməliyyatlarının yerli kardiocərrahlar tərəfindən mütəmadi şəkildə aparılacağına əminlik yaradır.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində aparılan açıq ürək əməliyyatları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə aztəminatlı ailələr üçün nəzərdə tutulmuş xüsusi sağlamlıq layihələri çərçivəsində həyata keçirilmişdir. Bakı şəhərində fəaliyyət göstərən kardiocərrahiyyə, uroloji, plastik, göz, angioqrafiya və digər ixtisaslar üzrə həkim briqadaları gələcəkdə də Naxçıvana dəvət ediləcəkdir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video