27 Avqust 2021 13:13
247
DÜNYA
A- A+

NATO: Kabil “Taliban” ilə İŞİD arasında döyüş meydanına çevrilə bilər

 

Kabil İŞİD terror qruplaşması və Əfqanıstanı öz nəzarəti altına almış “Taliban” hərəkatı arasında döyüş meydanına çevrilə bilər.

AZƏRTAC xəbər verir ki, belə bir ehtimalı Messaggero qəzetinə müsahibəsində NATO-nun nümayəndəsi, Əfqanıstandan insanların təxliyəsi üzrə mülki əməliyyatların kordinatoru Stefano Pontekorvo səsləndirib.

Onun fikrincə, Kabil aeroportundakı terror aktları hələlik epizodik xarakter daşıyır. “Yaxın vaxtlarda Kabil İŞİD ilə taliblər arasında döyüş meydanı ola bilər”, - diplomat belə deyib. Bununla yanaşı, o qeyd edib ki, hazırkı mərhələdə hər hansı idarəetmə strukturu olmadığından “Taliban” İŞİD-i dayandırmaq iqtidarında deyil. “Taliblər strukturu bərpa etmək istəyirlər, lakin buna vaxt lazımdır. Eləcə də onların ərazilər üzərində tam və qəti nəzarəti, həmçinin yetərincə adamı yoxdur”, - deyə NATO nümayəndəsi bildirib.

Xatırladaq ki, dünən Kabil aeroportu yaxınlığında törədilmiş terror aktlarının məsuliyyətini İŞİD üzərinə götürüb. Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatına əsasən, partlayışlar nəticəsində 100-dən çox insan həlak olub, mindən çox insan isə yaralanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video