11 Noyabr 2011 12:11
394
DÜNYA
A- A+

NATO Əfqanıstanda 70 talibi qətlə yetirdi

 

Əfqanıstanda Qərb koalisiyası qüvvələri ilə Taliban yaraqlıları arasında toqquşma baş vermişdir. Nəticədə 70 nəfərədək talib həlak olmuşdur. Bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Frans Press" agentliyi xəbər verir.

"Röyter" agentliyinin xəbərinə görə, döyüşdə 60 talib həlak olmuşdur. Toqquşma Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində baş vermişdir. Oradakı NATO bazasına hücum etmək istəyən yaraqlıların Pakistandan gəldiyi güman edilir. Hücumun qarşısını almaq üçün koalisiya qoşunları aviasiyadan istifadə etmişdir. NATO əsgərləri və dinc sakinlər arasında tələfat barədə məlumat verilmir.

Paktika əyaləti Pakistanın Şimali Vəziristan əyaləti ilə sərhəddə yerləşir. Şimali Vəziristanda həm Talibanın, həm də onunla əlaqədə olan "Haqqani" qruplaşmasının bazaları var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video