Myanmada xunta-xalq qarşıdurması kəskinləşir
Ölkədə Vətəndaş müharibəsi başlaya bilər
Fevralın 1-də Myanmada ordu 8 noyabr 2020-ci il seçkilərinin nəticələrinin saxtalaşdırılması bəhanəsi ilə legitim hökuməti devirib hakimiyyəti zəbt etdikdən sonra ölkədə xaos hökm sürür.
Tətbiq olunmuş fövqəladə vəziyyət rejiminə baxmayaraq, hərbi xuntanın hərəkətlərinə etiraz əlaməti olaraq keçirilən kütləvi nümayişlər səngimir. Təhlükəsizlik qüvvələrinin etiraz aksiyalarına sərt müdaxiləsi insan tələfatına gətirib çıxarır.
Aprelin 1-də hərbçilər biraylıq atəşkəs elan etsələr də, nümayişçilər küçə və meydanlardan çəkilmirlər. Myanmada Siyasi Məhbuslara Yardım Assosiasiyasının verdiyi məlumata görə, təhlükəsizlik qüvvələrinin hərbi xuntaya və qanuni hökumətin üzvlərinin həbsinə etiraz aksiyalarına müdaxiləsi nəticəsində ölənlərin sayı 581-ə çatmışdır. Təkcə srağagün nümayişlərin dağıdılması zamanı 11 nəfər öldürülmüşdür. Eyni zamanda 2750 etirazçı hələ də həbsdədir, üstəlik, 463 nəfərin həbsinə order verilmişdir.
“The Irrawaddy” saytının verdiyi xəbərə görə, ordu bölmələri etiraz aksiyalarının iştirakçılarına qarşı əməliyyat keçirmək bəhanəsi ilə Kaçin ştatında kilsələrə basqın etmişdir. Hərbçilər Mohnin şəhərində kilsələrə soxularaq möminlərə hücum etmişlər. Bəzi kilsələrdə əsgərlər qapıları sındırmış, əmlaka ziyan vurmuşlar.
Myanmada cərəyan edən qanlı hadisələrə beynəlxalq ictimaiyyət tərəfindən təsirli reaksiya verilməmişdir. Hətta bu ölkədə baş vermiş dövlət çevrilişi BMT səviyyəsində pislənməmişdir. Bir sıra aparıcı dövlətlər legitim hakimiyyətin devrilməsini Myanmanın daxili işi kimi qiymətləndirmişdir.
Bununla belə, Myanmada davam edən faciəvi proseslərə biganə qalmayanlar da var. Ötən ayın əvvəllərində ABŞ hakimiyyət orqanları Myanmanın iki nazirliyinə - Müdafiə və Daxili İşlər nazirliklərinə qarşı sanksiyalar tətbiq etmişdir. Qara siyahıya Myanma ordusunun nəzarət etdiyi “Myanmar Economic Corporation” və “Myanmar Economic Holding Limited” şirkətləri də daxil edilmişdir. ABŞ Ticarət Nazirliyinin məlumatında deyilirdi ki, Birləşmiş Ştatlar Myanma xalqı ilə tam həmrəy olaraq qalır və dinc nümayişçilərə qarşı hərbi zorakılığı qətiyyətlə pisləyir. Nazirlik vurğulayırdı ki, ABŞ Administrasiyası dövlət çevrilişinin günahkarlarının məsuliyyətə cəlb olunmasını davam etdirəcək. “Röyter” Agentliyinin xəbərinə görə, Myanmada dövlət çevrilişindən sonra hakimiyyətə gələn xunta Nyu York Federal Ehtiyat Bankında saxlanılan təxminən 1 milyard dolları köçürməyə cəhd etmişdi. Lakin bu əməliyyat bloklanmışdır.
Yaxın vaxtlarda Avropa İttifaqının (Aİ) Myanma hərbi xuntasının üzvlərinə qarşı iqtisadi sanksiyalar tətbiq edəcəyi gözlənilir. Dövlət çevrilişinin 11 əsas təşkilatçısı, o cümlədən hərbi xuntanın rəhbəri barədə Aİ tərəfindən tədbirlər görülür. Məlumata görə, əvvəlki tədbirlərə indi Aİ səviyyəsində tətbiq olunacaq iqtisadi sanksiyalar əlavə edilir, çünki fərdi sanksiyalar qəbul etməyin mənası yoxdur. İqtisadi sanksiyalar Myanma hərbçilərinin iqtisadi maraqlarına qarşı yönəlmişdir. Eləcə də Myanmada hökumət proqramlarına Aİ səviyyəsində hər cür yardım dayandırılmışdır.
Amma çətin ki tətbiq olunan sanksiyalar Myanma hərbi xuntasını dayandıra bilsin. Dövlət çevrilişinin təşkilatçıları etiraz aksiyalarını, nəyin bahasına olursa-olsun, yatırmaqda israrlıdırlar. Bu səbəbdən dinc əhali arasında tələfatın bundan sonra da artacağı şübhəsizdir.
Myanmada siyasi müxalifətin paralel mülki hökumət və federal ordu qurmağa səy göstərməsi, ölkənin bir sıra etnik qrupları ilə hərbi xunta arasında açıq qarşıdurma fonunda vətəndaş müharibəsinin başlaması ehtimalı böyükdür. Dinc nümayişçiləri xuntadan müdafiə etmək üçün yaradılan federal ordu planını yalnız iki qruplaşma - “Kaçin İstiqlal Ordusu” (KIA) və “Karen Milli Birliyi” (KNU) dəstəkləmişdir. Digər etnik silahlı qruplaşmalar hələlik neytral mövqe tuturlar. Lakin siyasi müxalifət əmin edir ki, həmin qruplaşmalarla danışıqlar davam edir.
Etnik silahlı qruplaşmaların siyasi müxalifətə açıq dəstək verməsi hərbi xuntanın cəza tədbirləri görməsi ilə nəticələnir. Ordu artıq iki dəfə - ötən ayın 29-da və 31-də Karen ştatında KNU-nun nəzarət etdiyi bölgələrə aviasiya zərbəsi endirmişdir. Hərbi xuntanın belə reydləri davam etdirəcəyi və nəticə etibarilə silahlı qarşıdurmanın güclənəcəyi istisna olunmur.
Allahverdi MEHDİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Olimpiya Təsnifat turnirinə 33 ölkə güləşçiləri qatılacaq
29 Mart
Azərbaycan Premyer Liqası: "Qəbələ"-"Neftçi"- 0:1
29 Mart
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb...
29 Mart
Prezidentin Mətbuat Xidmətinin məlumatı
29 Mart
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul ed...
29 Mart
Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq
29 Mart
BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub...
29 Mart
Rusiya XİN: Ermənistan quru yerdə qala bilər
29 Mart
Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addım...
29 Mart
Ermənistan Teleradio Şəbəkəsinin direktoru istefa verib
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!