13:16 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mütaliə insanda stresin səviyyəsini üç dəfə azaldır
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:12 18.12.2011

 

Əksər Avropa ölkələrində istirahət mövsümü kitab oxumaq üçün fürsət hesab olunur. Amma çox adam nəinki istirahət mövsümündə, hətta bekarçılıqdan, ürəyi sıxılanda belə kitab oxumaq barədə düşünmür.

Acınacaqlı haldır ki, kitaba pul xərcləyənlərə təəccüblə baxanlar da var. Halbuki kitab oxumağın insan psixologiyasına və səhhətinə bir çox müsbət təsirləri mövcuddur. Birinci növbədə, kitab oxuyarkən ürək döyüntüsü normallaşır. Britaniyalı mütəxəssislərin gəldiyi nəticələrə görə, cəmi 6 dəqiqə kitab oxumaq insanda stresin səviyyəsini üç dəfə azaldır. Başqa üsullarla müqayisədə mütaliə hər bir kəsi daha tez sakitləşdirir və yüngülləşdirir.

Mütəxəssislərin araşdırmalarına görə, qiraət edərkən əzələlərin gərginliyi aradan qalxır və ürək döyünməsi normal hala düşür. Kitablar uşaqların zehinlərinin, hisslərinin, danışıq qabiliyyətlərinin inkişafında da önəmli rol oynayır. Mütaliə uşağın təxəyyülünü genişləndirir, daxili dünyasına müsbət təsir göstərir.

Psixoloqlar hesab edirlər ki, kitab oxumaq vərdişi, ilk növbədə, ailədə qazanılmalıdır. Bu səbəbdən də valideyn uşağı müxtəlif ədəbiyyatlarla təmin etməli, özü ona tez-tez kitab oxumalıdır. Britaniyalı mütəxəssislər hesab edirlər ki, valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Bu zaman onlara kitab seçmələri üçün istədikləri qədər vaxt verilməlidir.

Araşdırmalar göstərir ki, inkişaf etmiş ölkələrdə daha az televizor seyr edib, daha çox kitab oxuyurlar. Almaniyalı professor Fişer deyir ki, insan düşündükcə beyinin tutumu, təfəkkür, düşünmə imkanları və qabiliyyəti inkişaf edir. Beyin işlədikcə inkişaf edən, istifadə edilmədikdə isə sürətlə kütləşən insan orqanıdır. Bu kütləşməni aradan qaldırmaq üçün bir həftə zehni çalışdırmaq, məşğələ etmək lazımdır. İllərlə işləməyən beynin nə hala düdüyünü özünüz təsəvvür edin.

Bir britaniyalı ildə 25, isveçli 10, fransalı 7 kitab oxuyur. Türkiyədə hər 7 nəfərə bir kitab düşür. Azərbaycanda isə bu göstərici çox təəssüf ki, minimum səviyyədədir. Normal inkişaf üçün mütaliə məlhəmdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM