16 Dekabr 2011 02:12
364
Mədəniyyət
A- A+

«Müstəqil Azərbaycan» sənədli filminin təqdimatı olmuşdur

 

Dekabrın 15-də Türkiyənin ölkəmizdəki səfirliyində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə və Türkiyə-Azərbaycan əlaqələrinə həsr edilmiş "Müstəqil Azərbaycan" sənədli filminin təqdimatı keçirilmişdir.

Mərasimdə Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç qardaş ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə sürətlə inkişaf etdiyini, ötən 20 ildə Azərbaycanın böyük inkişaf yolu keçdiyini diqqətə çatdırmış, xalqlarımızın dostluğundan bəhs etmişdir. Bildirmişdir ki, TRT-nin Bakı nümayəndəliyi tərəfindən ekranlaşdırılmış  bu film yüksək səviyyədə hazırlanmışdır.

Səfir demişdir ki, ötən 20 ildə Azərbaycan böyük inkişaf yolu keçmişdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi böyük uğurdur. Hazırda Azərbaycan bölgədə güclü bir dövlətdir və zaman ötdükcə güclənməkdədir. Azərbaycan bölgədə parıldayan bir ulduzdur. Türkiyə hər zaman Azərbaycanın yanında olmuş və bütün sahələrdə təcrübəsini bölüşmüşdür. Azərbaycanın zəngin enerji ehtiyatlarının Türkiyə ərazisindən dünyaya ixrac edilməsi əlaqələrimizin inkişafına böyük töhfə vermişdir. Əgər 2010-cu ildə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 2,5 milyard dollar idisə, bu il 3 milyard dollar olmuşdur. Bu rəqəm daha da artacaqdır.

Böyük öndər Atatürkün 1921-ci ildə dediyi: "Azəri türklərinin dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir" - kəlamını xatırladan diplomat vurğulamışdır ki, bu fikirlər Türkiyənin Azərbaycana yaxınlaşması, onun kədərinə, sevincinə şərik olmaqla bərabər, həm də ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq və qardaşlıq əlaqələrinin inkişafı, möhkəmləndirilməsi üçün bir çağırış idi.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ötən 20 ildə Azərbaycanın keçdiyi böyük inkişaf yolundan, ölkələrimizin dostluq və qardaşlıq əlaqələrindən danışmışdır. Diqqətə çatdırmışdır ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra iki ölkə arasında qardaşlıq əlaqələri uğurla inkişaf etmişdir. Ümummilli lider Heydər Əliyevin: "Bir millət, iki dövlət" kəlamı artıq bütün dünyaya yayılmışdır. Azərbaycan həmişə Türkiyənin dəstəyini hiss etmişdir. Eyni zamanda, Azərbaycan həmişə Türkiyənin yanında olmuşdur.

Mərasimdə Milli Məclisin deputatları Nizami Cəfərov, Məlahət İbrahimqızı, Qənirə Paşayeva, Jalə Əliyeva çıxış edərək son 20 ildə ölkəmizin keçdiyi inkişaf yolundan, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrindən danışmış, filmi yüksək qiymətləndirmişlər.

Otuz  dəqiqəlik sənədli filmin rejissoru Nailə Əkbərovadır. Filmdə dövlət müstəqilliyinin bərpasından ötən  20 ildə Azərbaycanın əldə etdiyi uğurlardan geniş bəhs olunur. Yeni ekran əsərində, həmçinin Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin inkişafı ilə bağlı ictimai-siyasi xadimlərin fikirləri yer almışdır. Bundan əlavə, filmdə Azərbaycanın qədim tarixinə də toxunulmuşdur.      

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video