04:10 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:47 17.09.2021

SADƏ, amma QƏTİ


00:42 17.09.2021

Onun adı Nuru paşaydı...


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

«Müstəqil Azərbaycan-20: iqtisadi inkişaf yolu» kitabının təqdimatı olmuşdur
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
06:10 15.10.2011

 

Oktyabrın 14-də Prezident Kitabxanasında Yeni Azərbaycan Partiyasının (YAP)  Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun "Müstəqil Azərbaycan-20: iqtisadi inkişaf yolu" kitabının təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü haqqında" 2011-ci il 21 yanvar tarixli sərəncamının mətni ilə açılan kitabda müstəqil ölkəmizin 20 il ərzində keçdiyi tarixi inkişaf yolu və qazanılmış iqtisadi nailiyyətlər barədə ətraflı məlumatlar öz əksini tapmışdır.

 Mərasimdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirmişdir ki, ölkəmiz çox əlamətdar bir hadisəni qeyd etmək ərəfəsindədir. Bu günlər Azərbaycanın hər bir guşəsində böyük bayram əhvali-ruhiyyəsi yaşanmaqdadır. Müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə keçirilən bir-birindən maraqlı tədbirlərin sırasında hazırda təqdimatına yığışdığımız kitabın da öz yeri vardır.

Natiq vurğulamışdır ki, ictimaiyyətin müzakirəsinə təqdim edilən kitabın məsləhətçisi YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, redaktoru "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevdir.

 "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu demişdir ki, Azərbaycan iqtisadiyyatının ötən iki onillik dövrü barədə ən fundamental araşdırmaları və analitik yanaşmanı özündə əks etdirən nəşrdə respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə dərin tədqiqi materiallara geniş yer verilmişdir.

Kitab respublikamızın ötən 20 illik sosial-iqtisadi, siyasi-ictimai vəziyyətinə dair mənzərəni tam açıq şəkildə əks etdirir, həyata keçirilən genişsistemli islahatların mühüm nəticələri barədə ətraflı məlumatlar verir. Ölkəmizin makroiqtisadi sabitliyinin və yüksək inkişafının bütün parametrləri bu kitabda əhatəli və sistemli şəkildə öz əksini tapmışdır.

Təqdimat mərasimində Milli Məclisin deputatları Mübariz Qurbanlı, Musa Quliyev, Vahid Əhmədov, Qənirə Paşayeva və başqaları çıxış edərək yeni nəşrin məziyyətlərindən danışmış və bildirmişlər ki, kitabda Azərbaycanın iqtisadi inkişafının 20 illik dövrü dərin təhlil obyektidir.

Kitabda müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafı, tərəqqisi naminə gördüyü əvəzsiz işlər, ümummilli liderin ideallarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi böyük tarixi işlər geniş şəkildə təhlil edilərək qiymətləndirilmişdir.

Diqqətə çatdırılmışdır ki, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin "Ön söz" yazdığı bu kitab 4 fəsildən ibarətdir. Müəllif dünya dövlətlərinin inkişaf meyarlarına yaxınlaşan Azərbaycanın özünəməxsus milli inkişaf yolu keçməsini konkret arqumentlərlə və elmi-analitik əsaslarla hərtərəfli şəkildə araşdırmışdır. Kitabın hər fəsli ötən 20 ilin müxtəlif dövrləri, iqtisadi hadisələri, inkişaf və sosial nailiyyətləri barədə geniş məlumatların əldə olunması baxımından çox faydalıdır.

Vurğulanmışdır ki, "Müstəqil Azərbaycan-20: iqtisadi inkişaf yolu" kitabı zəngin iqtisadi nəşr sayılmaqla bərabər, Azərbaycanın sürətli inkişafı, çoxsistemli islahatlar, ölkəmizin yeni inkişaf meyarları və modeli barədə fundamental elmi, iqtisadi, siyasi mənbə, real hadisələrin analitik toplusu kimi region ölkələrinin auditoriyası üçün də böyük maraq doğura bilər.

Sonda mərasimin iştirakçılarına və çıxışçılara minnətdarlığını bildirən kitabın müəllifi Aydın Hüseynov bundan sonra da müstəqil Azərbaycanın çiçəklənməsi naminə əlindən gələni edəcəyini və bir iqtisadçı kimi ölkəmizin  iqtisadi həyatının araşdırılmasına öz əsərləri ilə yeni töhfələr verəcəyini söyləmişdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM