04:01 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Musa QƏNİYEV: “Vaksinasiyadan sonra yaranan reaksiyalar peyvəndin yan təsirləri deyil”

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:26 04.09.2021

 

“Bu gün dünyada yeni növ koronavirus (COVID-19) əleyhinə istifadə olunan peyvəndlər ya inaktiv, ya da vektorlu peyvəndlər qrupuna aiddir. Bu peyvəndlərdən heç biri, enzim patologiyası olan bir qrup şəxs istisna olunmaqla, digərlərində fəsad və xüsusi müdaxilə tələb edən mənfi təsirə səbəb ola bilməz. Nəzərə almaq lazımdır ki, kəskin allergik xəstələrdə təkcə COVID-19 əleyhinə vaksin deyil, istənilən peyvənd və ya dərman preparatları atipik reaksiyalar törədə bilər”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

Professor bildirib ki, peyvəndin inyeksiya yerində ağrının olması, hətta bir neçə gün davam etməsi, qızdırma, üşütmə, halsızlıq, ishal, habelə baş və əzələ ağrıları isə vaksinin yan təsirləri deyil, formalaşan immunitetin zəruri reaksiyalarıdır: “Yəni, orqanizmdə immunitetin yaranmasının təsdiqidir. Həmin əlamətlər qısa müddətdən sonra azalaraq tamamilə aradan qalxır. Koronavirus əleyhinə vaksinasiyadan sonra müşahidə olunan belə reaksiyalar peyvəndin fəsadı kimi qiymətləndirilməməlidir. Ümumiyyətlə COVID-19-dan qorunmanın ən sadə yolu adi gigiyenik tələblərə riayət və normal ünsiyyət formalarına əməl etməkdir”.

Koronavirusun növbəti dalğaları barədə də danışan M.Qəniyev qeyd edib: “Gündəmdə olan koronavirus infeksiyasının yaratdığı fəsadlar danılmazdır. Lakin növbəti dalğaların olacağı, daha qorxulu mutantların əmələ gələcəyi, anticisimlərin azalması peyvəndlərin çox ciddi fəsadlara səbəb olacağı deyimi qədər əsassızdır. Məqsəd və məramı məlum olmayan belə fikirlər insanların beyninə yeridilərək onlarda kütlə psixologiyası formalaşdırılır. Senzura nəzarətinin olmaması fərqli, ziddiyyətli, xüsusən ciddi fəsadlara yol açan qeyri-mütəxəssis münasibətlərinin yayılmasına səbəb olur. Bu hal sağlamlığa COVID-19-dan daha çox ziyan vurur. İstənilən kəskin viral infeksiyanın 2-ci, 3-cü və s. növbələşən dalğalarının başvermə ehtimalı o halda əsaslıdır ki, infeksiyanın alovlanaraq kəskin artımı müəyyən fasilədən sonra tam sönərək sıfırlanır və məxsusi gizli dövründən sonra (əsasən, 21+1 gün) təkrar alovlanır. COVID-19-un müəyyən qədər azalaraq təkrar artması II, III, IV və s. dalğa kimi dəyərləndirilə bilməz”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM