17 Iyul 2016 12:07
842
Oxucu məktubları
A- A+

Müqəddəs borc

Bütün dünya bilir ki, 1918-ci ilə qədər Ermənistan adlı dövlət olmayıb. Yalnız həmin il ermənilər beynəlxalq qüvvələrin köməyi ilə torpaqlarımızı ələ keçirərək dövlət qurmuşlar.

Müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə isə ermənilər xarici havadarlarının köməyi ilə Dağlıq Qarabağı və ona bitişik olan 7 rayonumuzu işğal etmişlər. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan cəbhəsində atəşkəs əldə edilsə də, düşmən tez-tez atəşkəsi pozaraq cəbhəyanı yaşayış məntəqələrimizi müxtəlif çaplı silahlardan atəşə tutur və hər dəfə cavab atəşi ilə susdurulur.

O da məlumdur ki, bu il aprelin 2-də Ermənistan tərəfi atəşkəsi pozaraq təxribat törədəndə ordumuz nəinki cavab atəşi ilə düşməni susdurmuş, hücuma keçərək bir neçə strateji əhəmiyyətli yüksəkliyi, o cümlədən Lələtəpə yüksəkliyini işğaldan azad etmişdir. Ordumuz düşmən üzərindəki bu qələbə ilə xalqımızda böyük əhvali-ruhiyyə yaratmaqla bərabər, düşmənə indi nəyə qadir olduğunu göstərdi. Bununla belə, ölkəmiz hələ də müharibə şəraitində yaşayır. Belə bir vaxtda vətənpərvərlik tərbiyəsi böyük  əhəmiyyət kəsb edir. Bu işdə müəllimlərin üzərinə xüsusi məsuliyyət düşür. Bunu nəzərə alıb hər dərsdə 10-15 dəqiqə şagirdlərlə vətənpərvərlik mövzusunda söhbət edirəm. Onlar bilməlidirlər ki, torpaqlarımızın 20 faizə qədəri hələ işğal altındadır. Bu torpaqların azad edilməsi üçün hər kəs töhfə verməlidir.

Ordumuzun aprel ayındakı uğuru, həmin döyüşlərdə şəhid olan əsgərlərimizin son mənzilə böyük ehtiramla yola salınması da bir daha göstərdi ki, xalqımız işğalla heç vaxt barışmayacaq. Onu da deyim ki, 1992-1994-cü illərdə kəndimizdən 20 nəfərə yaxın döyüşçü Qarabağ müharibəsində  iştirak etmiş və onlardan biri - Mahir Novruz oğlu Şabanov 1993-cü il avqustun 4-də Sədərək uğrunda gedən döyüşlərdə həlak olmuşdur.

Hazırda kəndimizdən cəbhənin təmas xəttində 15 nəfərə yaxın əsgər və zabit şərəflə xidmət edir. Onlardan biri məktəbimizin məzunu mayor Fəqail Rzayevdir. Belə məzunlarımızla həm qürur duyur, həm də sevinirik ki, zəhmətimiz hədər getmir.

Aprel döyüşləri bizdə belə bir əminlik də yaratdı ki, rəşadətli ordumuzun və xalqımızın birgə səyi hesabına işğal altında olan torpaqlarımız tezliklə azad olunacaq və ölkəmizin ərazi bütövlüyü bərpa ediləcəkdir!

 

İldırım ŞÜKÜRZADƏ,

Lənkəran rayonu, Havzava kənd

tam orta məktəbinin tarix müəllimi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video