31 Avqust 2021 13:30
245
DÜNYA
A- A+

Müqavimət lideri “Taliban”la mübarizənin dayandırılmasının şərtini açıqlayıb

 

Pəncşir əyalətində müqavimət cəbhəsinin lideri Əhməd Məsud “Taliban”la mübarizəni dayandırmağa və siyasətə müdaxilə etməməyə hazırdır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Məsudun şərtinə görə, o, mübarizəni taliblər inklüziv hökumət quracağı və ölkədə insan haqlarına riayət olunmasını təmin edəcəyi halda dayandıra bilər. “Əgər taliblər hakimiyyəti hamı ilə bölüşdürmək və ədaləti bərqərar etmək, bütün Əfqanıstanda hamıya bərabər hüquq və azadlıq vermək niyyətindədirsə, onda mən geri çəkiləcəyəm və siyasətdən gedəcəyəm”, - deyə müqavimət lideri bəyan edib.

Əhməd Məsud, həmçinin bildirib ki, əks-təqdirdə əyalətdə yeni hakimiyyətlə qarşıdurma davam edəcək.

Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda hücuma keçən taliblər bütün iri şəhərləri tutaraq iyirmi illik müharibənin başa çatdiğını elan ediblər. Hazırda “Taliban” hərəkatının nəzarətində olmayan yeganə ərazi Pəncşir əyalətidir. Burada müqavimət qüvvələri son günlər taliblərin bir neçə hücumunu dəf edə bilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video