08 Oktyabr 2011 07:10
537
Təhsil
A- A+

Mühəndislik Akademiyasının illik hesabat-seçki yığıncağı

 

Akademik Arif Paşayev akademiyanın prezidenti seçilmişdir

 

Azərbaycan Mühəndislik Akademiyasının (AMA) illik hesabat-seçki yığıncağı keçirilmişdir. AMA-dan AzərTAc-a bildirmişlər ki, yığıncağın gündəliyinə Mühəndislik Akademiyasının hesabat məruzəsinin müzakirə olunması,  nəzarət-təftiş komissiyasının hesabatı, qurumun rəhbərliyinin, büro üzvlərinin və nəzarət-təftiş komissiyasının yeni tərkibinin seçilməsi daxil edilmişdir.

Hesabat məruzəsində son beş ildə AMA-da elm, texnika və innovasiya fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlərin geniş təhlili öz əksini tapmışdır. Həmçinin ali məktəblərlə, təşkilat və müəssisələrlə bağlanmış müqavilələr çərçivəsində əməkdaşlığın səmərəliliyini artırmaq istiqamətində konkret tədbirlərin hazırlanması tövsiyə olunmuşdur. Ümumi yığıncaqda gizli səsvermə ilə akademiyanın yeni rəhbərliyi seçilmişdir. Akademik Arif Mir Cəlal oğlu Paşayev Azərbaycan Mühəndislik Akademiyasının prezidenti seçilmişdir. Havar Məmmədov vitse-prezident, Əhəd Canəhmədov vitse-prezident - baş elmi katib, Natiq Cavadov isə nəzarət-təftiş komissiyasının sədri seçilmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video