09 Aprel 2021 16:49
572
CƏMİYYƏT
A- A+

Müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyası davam etdirilir  

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə Türkiyədən gəlmiş peşəkar klinik-psixoloq və psixoterapevtlər nazirliyin mütəxəssisləri ilə birlikdə Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın, o cümlədən uşaq və yeniyetmələrin psixoloji reabilitasiyasını davam etdirirlər.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, artıq aprel ayının 5-dən etibarən Bakı şəhəri ilə yanaşı, respublikanın cənub bölgəsini əhatə etməklə Lənkəran şəhərində də müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlarımızın psixoterapevtik reabilitasiyasına başlanılıb. Ümumilikdə ötən müddət ərzində Bakı, Gəncə, Bərdə və Lənkəran şəhərləri üzrə FHN-in 112 - qaynar telefon xətti vasitəsilə mütəxəssislərin qəbuluna yazılmış 1400 nəfərə yaxın Vətən müharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü və erməni terrorundan zərər görmüş digər şəxslərə, o cümlədən 120-yə yaxın uşaq və yeniyetməyə müvafiq yardımlar göstərilib.

Hazırda Bakı şəhərində və cənub bölgəsini əhatə etməklə Lənkəran şəhərində psixoloji yardım işi davam etdirilir. Həmçinin, məlumat verildiyi kimi, aprelin 12-dən etibarən şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində də türkiyəli psixoloq mütəxəssislərin iştirakı ilə müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyasına başlanılacaq.

Ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in 112 - qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video