29 Sentyabr 2011 07:09
707
PARLAMENT
A- A+

Muğam sənətinin inkişafı haqqında qanun layihəsi parlamentin müzakirəsinə çıxarılacaq

 

Sentyabrın 28-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilmişdir. Komitənin sədri Nizami Cəfərov Mədəniyyət komitəsinin ötən dövrdəki fəaliyyəti barədə məlumat vermiş, yeni qanun layihələrindən danışmışdır.  

Komitə sədri qeyd etmişdir ki, payız sessiyasında parlamentin müzakirəsinə çıxarılacaq yeni qanun layihələrindən biri də  "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsidir. O demişdir ki, bu qanunun qəbulunda məqsəd muğam sənətinin ictimai əlaqələr sistemindəki yerini və hüquqi vəziyyətini müəyyənləşdirmək, azərbaycanlıların mədəni irsinin tərkib hissəsi olan və tarixən ifa etdikləri Azərbaycan muğamlarının hüquqlarının qorunması, öyrənilməsi, tədqiqi, tədrisi, təbliği və inkişaf etdirilməsi ilə bağlı yaranan münasibətləri tənzimləməkdir. Qanun Azərbaycan xalqının tarixən yaratdığı və şifahi ənənədə mövcud olmuş, eyni zamanda ədəbi abidələr, əlyazmalar, vallar, lent yazıları, kinolentlər və digər mənbələrdə əksini tapmış, eləcə də hazırda peşəkar xanəndələr və çalğıçılar tərəfindən ifa olunan, təhsil müəssisələrində tədris edilən və araşdırılan Azərbaycan muğam sənəti nümunələrinə şamil ediləcək. Qanun layihəsi 4 fəsil 9 maddədən ibarətdir.

Müzakirələr zamanı komitənin sədr müavini Rafael Hüseynov, deputatlar Jalə Əliyeva, Sahibə Qafarova, Leyla Abdullayeva, xalq artsitləri  Arif Babayev, Əlibaba Məmmədov, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi və başqaları qanun layihəsi barədə fikirlərini bölüşmüş, rəy və təkliflərini bildirmişlər.

Fikir mübadiləsinin yekununda qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması məqsədəuyğun sayılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video