18 Mart 2021 18:48
922
Təhsil
A- A+

Müəllimlərin işə qəbulu prosesi ilə bağlı yeniliklər açıqlanacaq  

 Novruz bayramı ərəfəsində müəllimlərin işə qəbulu (MİQ) prosesi ilə bağlı bir neçə yeniliklər ictimaiyyətin diqqətinə çatdırılacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev “facebook” hesabı üzərindən canlı yayımda “Təhsilin keyfiyyətinə təsir edən amillər” mövzusunda sualları cavablandırarkən deyib.

Nazir qeyd edib ki, MİQ nə qədər düzgün tənzimlənərsə, bir o qədər də lazımlı və müvafiq müəllimlər işə götürüləcək.

“Kənd yerlərində, xüsusilə də həmin ərazilərdə yaşamayan gənc məzun müəllimlər 5 il ucqar kənddə işlədikdən sonra MİQ-də təkrar iştirak etdiyi zaman ona əlavə bal vermək nə qədər ədalətlidir? Məncə ədalətlidir. Çünki o, ucqar kənddə elə də asan olmayan şəraitdə işləyir. Onun bu əməyini qiymətləndirmək olar. Ölçmə baxımından isə 2-3 bal az yığanda, yaxud əlavə bal verəndə yüksək bal toplaya bilər”.

E.Əmrullayev MİQ-in məzmunu ilə bağlı ciddi müzakirələr aparılmalı olduğunu da vurğulayıb: “Hər bir müəllim öz fənnini bilməlidir. MİQ-də daha çox kompüterə etibar edirik. Ordan çıxan cavabları qəbul edirik. Lakin kiminləsə müsahibə edəndə, deyəndəki sizi müəllim kimi görmürük, o zaman ciddi sosial narazılıqlar yaranır. Müəllimlərin işə qəbulunun yalnız bir yolu var və bu da MİQ-dir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video