04:32 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:47 17.09.2021

SADƏ, amma QƏTİ


00:42 17.09.2021

Onun adı Nuru paşaydı...


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Müəllimlərin işə qəbulu müsabiqəsində və sertifikasiya imtahanında iştirak edəcək namizədlərin nəzərinə
 
ANA SƏHİFƏ / TƏHSIL
12:17 28.05.2021

Təhsil İnstitutu müəllimlərin işə qəbulu müsabiqəsində və sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanlarına start verir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, onlayn formatda təşkil olunacaq sınaq imtahanları iyun ayı ərzində ibtidai təhsil, riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, ingilis dili, tarix, fizika, biologiya, coğrafiya, informatika və kimya fənləri üzrə keçiriləcək.

Sınaq imtahanlarında iştirak könüllü və ödənişli əsaslarla təşkil olunacaq. İmtahanların keçiriləcəyi tarix, iştirak etmək üçün qeydiyyat, iştirak haqqı və digər lazımi məlumatlar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM