29 Yanvar 2012 12:01
555
Oxucu məktubları
A- A+

Müasirləşən şəhərimiz

 

Son illərdə ölkəmizin hər bir guşəsində olduğu kimi, rayonumuzda da yeni-yeni obyektlər, məktəblər, xəstəxanalar və digər binalar tikilərək əhalinin istifadəsinə verilir. Biləsuvarın gözəl, nümunəvi şəhərə çevrilməsinə ürəkdən sevinirəm.

Bu yaxınlarda su və kanalizasiya sisteminin tikintisinə başlanılıb. Uzun illərdən bəri təmiz və şəffaf suya həsrət qalan biləsuvarlılar bu obyekt istifadəyə verildikdən sonra bir də içməli sudan korluq çəkməyəcəklər.

Hazırda şəhərimizin Nəsrəddin Tusi, Səməd Vurğun, 8 Mart, Nəsimi küçələrində və rayonun Suvarma Sistemləri İdarəsinin ətrafındakı yaşayış ərazisində gərgin iş davam edir. Dörd briqadadan ibarət işçilər bütün qüvvələrini səfərbərliyə alaraq tikintini qısa müddətdə başa çatdırmaq üçün səylərini əsirgəmirlər.

Onu da qeyd edim ki, tikinti "Azərsu" ASC tərəfindən aparılır. İşlərin keyfiyyətli və nəzərdə tutulan müddətdə görülməsi üçün vacib  olan bütün tədbirlər həyata keçirilir. "Azərsu" ASC sədri Qorxmaz Hüseynov dəfələrlə Biləsuvara gəlmiş, tikintinin gedişatı ilə şəxsən maraqlanmışdır. Əminik ki, bütün işlər vaxtında və keyfiyyətlə görüləcək.

 

Anar ƏHMƏDZADƏ,

Biləsuvar şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video