11 Yanvar 2012 12:01
362
SİYASƏT
A- A+

Müasir dövrdə sərhədlərin zorla dəyişdirilməsi və dövlətlərin ərazilərinin işğal edilməsi qəbuledilməzdir

 

Yanvarın 10-da Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Finlandiyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri İlkka Kanerva ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, finlandiyalı deputat Azərbaycana səfərlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq səfər proqramının zəngin olduğunu demişdir. Respublikamızın mühüm geostrateji məkanda yerləşdiyi, böyük iqtisadi imkanlara malik olduğu və beynəlxalq arenada özünəməxsus yer tutduğunu xüsusi qeyd edən qonaq Azərbaycanın onun ölkəsi üçün həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq baxımından böyük maraq kəsb etdiyini bildirmişdir.

X.Xələfov isə Cənubi Qafqaz və Xəzər regionlarının bir çox aspektlər baxımından dünya ictimaiyyətinin diqqət mərkəzində olduğunu demişdir.

Qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən nazir müavini ATƏT-in Minsk qrupunun problemin sülh yolu ilə həlli istiqamətində səylərinin lazımi nəticə vermədiyini və Ermənistanın Azərbaycan torpaqlarının işğalını davam etdirməsi ilə yanaşı, azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına hələ də qayıda bilmədiklərini demişdir. Münaqişənin həll olunmamış qalmasının bütün regionun sabitliyinə və inkişafına mane olduğunu diqqətə çatdıran X.Xələfov Ermənistanın beynəlxalq hüquqa hörmətsizlik göstərməkdə davam etdiyini, danışıqlarda qeyri-konstruktiv mövqe tutduğunu və ATƏT-in Minsk qrupunun buna göz yummasının yolverilməz olduğunu bəyan etmişdir. Nazir müavini müasir dövrdə sərhədlərin zorla dəyişdirilməsinin və dövlətlərin ərazilərinin işğal edilməsinin qəbuledilməz olduğunu bir daha vurğulamışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video