08:20 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Müalicəvi bitki vannaları yayda çox tərləmənin qarşısını alır
ANA SƏHİFƏ / SƏHIYYƏ
15:07 21.06.2021

 

Tərləmə bədənin isti və soyuq balansını qorumaqla orqanizmin termorequlyasiya mexanizmini tənzimləyir. Lakin tərləmə normal hal olsa da, həddindən çox baş verməsi problemin olduğuna işarədir. Tərləmədən narahatlıq keçirənlərlə yay mövsümündə çox rastlaşırıq. Normadan artıq tərləmə hiperhidroz adlanır. Bu, sinir sistemi və xroniki xəstəliklər, xüsusilə vegetativ nevroz və virus infeksiyaları zamanı daha çox artır.

Həkim-fitoterapevt Elnur Eldaroğlu AZƏRTAC-a açıqlamasında hiperhidroz zamanı tətbiq edilən fitoterapiya üsulları barədə danışıb: “Müalicəyə tərləmənin səbəbini müəyyən etdikdən sonra başlamaq məsləhətdir. Nəzərə almaq lazımdır ki, tərləmə hava kəskin dəyişdiyi zaman daha çox baş verə bilər. Bu səbəbdən, çöldəki hava şəraiti ilə içəridəki havanın bir-birindən kəskin fərlənməməsinə diqqət etmək lazımdır. Misal üçün, havanın temperaturu 35°-dirsə, məkanı 16°-ə qədər soyutmaq olmaz. Bu orqanizm üçün ziyandır və xüsusən sinir sisteminə mənfi təsir göstərir”.

Elnur Eldaroğlunun dediyinə görə, fitoterapiya ilə müalicə zamanı ən effektli təsirə malik bitkilərdən biri bənövşə çiçəyidir.

“Bundan başqa, yatiqqanqal, çobanyastığı və evkalipt bitkiləri də faydalıdır. Bu bitkilərin hərəsindən 1 xörək qaşığı olmaqla 1 litr qaynar suda dəmlənir. Sonra dəmləməni suya əlavə edərək müalicəvi bitki vannası qəbul etmək lazımdır. Bundan başqa suya çobanyastığı yağı və kəklikotunun efir yağı da əlavə edilə bilər. Müalicə üsulu ilə günaşırı vanna qəbul etmək çox tərləmənin qarşısını alır. Daxilə qəbul etmək üçün isə bənövşə və yatiqqanqal bitki çayları məsləhətlidir. Uşaqlarda tərləmədən sonra bişməcələr müşahidə edildiyi halda isə tənzifi bənövşə, yatiqqanqal və çobanyastığı kimi bitkiləri dəmləməsində isladıb bişməcə olan hissələri silmək kifayətdir”, - deyərək həkim məsləhət verib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM