14 Fevral 2020 21:15
1300
Səfərlər
A- A+

Mövcud əlaqələr münasibətlərimizin fəal inkişaf etdiyini göstərir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Moldova Respublikasının Prezidenti İqor Dodon ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moldova Prezidentini salamlayan Prezident İlham Əliyev dedi:

-İqor Nikolayeviç, Sizi bir daha görməyimə şadam. Biz beynəlxalq tədbirlərdə müntəzəm görüşürük və bir daha görüşmək, gündəliyə nəzər salmaq, əməkdaşlığın inkişafının gələcək yollarını müəyyən etmək üçün hər hansı platformadan istifadə etmək ənənəsini davam etdiririk. İl yeni başlayıb. Ona görə də düşünürəm ki, bu il bizim münasibətlərimiz üçün məhsuldar olmalıdır. Nəzərdə tutduqlarımız prinsipcə yerinə yetirilir. Mövcud əlaqələr münasibətlərimizin fəal inkişaf etdiyini göstərir. Biz Sizinlə münasibətləri konkret iqtisadi amillərlə zənginləşdirmək haqqında fikir mübadiləsi aparmışıq. Düşünürəm ki, bu il daha fəal iqtisadi əməkdaşlıq olacaq. Əlbəttə, bizim əlaqələrimiz davam etdiriləcək. Ona görə də düşünürəm ki, bu il də münasibətlərimiz üçün müsbət olacaq. Bizim münasibətlərimiz dostluq münasibətləridir. Biz həmişə bir-birimizi dəstəkləməyə çalışırıq. Əlbəttə, ölkəmizə Sizin səfərinizi xatırlayıram. Bu cür fəal siyasi dialoqun davam etməsi üçün Sizi bu il planlaşdırılan beynəlxalq tədbirlərdə yenidən səbirsizliklə gözləyirik.

Prezident İqor Dodon dedi:

-Hörmətli cənab Prezident, əvvəla Sizinlə Münxendə mühüm beynəlxalq tədbirdə görüşməyimə çox şadam. Bizim ikitərəfli münasibətlərimizin çox yaxşı dinamikasını qeyd etmək istəyirəm. İmzaladığımız sazişlər faktiki olaraq əlaqələrimizin bütün spektrini əhatə edir. Sizi parlament seçkilərinin keçirilməsi, partiyanızın əldə etdiyi nəticələr münasibətilə təbrik edirəm. Bilirəm, seçkiləri bizim də müşahidəçilərimiz, həmçinin Prezident tərəfdarı olan Sosialistlər Partiyasının nümayəndələri də izləyiblər. Onlar təşkilati işlərin çox yaxşı səviyyəsini qeyd ediblər, demokratik seçkilər keçirilib. Sizi bu münasibətlə təbrik edirik.

Bu il bizim ikitərəfli münasibətlərimiz üçün çox vacib ildir. Biz hələ 2017-ci ildə Sizinlə Moldovada, Qaqauzda bir sosial layihəyə başladıq. Sizi bir daha rəsmi olaraq Moldova Respublikasına dəvət etmək istəyirəm. Bu il biz artıq onun açılışını etməliyik. Ümidvaram ki, bu il Sizin rəsmi səfəriniz olacaq. Biz bir neçə mühüm tədbir keçirəcəyik. Hökumətlərarası Komissiyanın iclasını keçirmək lazımdır. Bilirsiniz, indi Moldovada mənim keçmiş müşavirim cənab Kiku İon Vasilyeviçin başçılıq etdiyi yeni hökumət fəaliyyət göstərir. Biz artıq öz tərəfimizdən Hökumətlərarası Komissiyanın yeni heyətini təsdiq etmişik. Ümidvaram ki, yaxın vaxtlarda həmsədrlərin Hökumətlərarası Komissiyanın iclasına hazırlıq üçün görüşü olacaq. O, bizdə də, Sizdə də keçirilə bilər. Bu, bizim Sizinlə razılaşmamızdan asılıdır. Lakin çox ümidvarıq ki, yaxın aylarda Siz rəsmi səfərlə bizim ölkəmizə gələcəksiniz.

Prezident İlham Əliyev: Dəvətə görə sağ olun. Gözəl Moldovaya səfər etmək imkanından məmnuniyyətlə istifadə edəcəyəm. Mənim çox yaxşı xatirələrim var.

X X X

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video