14 Sentyabr 2012 12:09
482
Səhiyyə
A- A+

Moskvada MDB-nin «Əhalinin sağlamlığı - Birlik ölkələrinin tərəqqisinin əsasıdır» mövzusunda dövlətlərarası forumu açılmışdır

 

Moskvada Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin "Əhalinin sağlamlığı - Birlik ölkələrinin tərəqqisinin əsasıdır" mövzusunda dövlətlərarası forumu açılmışdır. Sentyabrın 15-dək keçiriləcək forumun işində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin şöbə rəisi Rauf Ağayevin rəhbərliyi ilə nüfuzlu nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinin tərkibində Azərbaycanın Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri, narkoloji mərkəzinin və Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları da vardır.

Tədbirin keçirildiyi "Manej" mərkəzi sərgi salonunda səhiyyə və sağlam həyat tərzi, idman, turizm sahəsində ölkəmizin nailiyyətlərindən bəhs edən Azərbaycan Respublikası stendi quraşdırılmışdır. Tədbirin iştirakçıları ölkəmiz haqqında müxtəlif çap məhsulu ilə də tanış ola biləcəklər.

Təşkilatçıların fikrincə, əhalinin sağlamlığı qeyd-şərtsiz ictimai dəyərdir, Birliyin bütün ölkələrinin dövlət siyasətinin prioriteti, milli sərvətin və milli təhlükəsizliyin əsasıdır, onların həyat davamlılığına və geosiyasi perspektivlərə təsir göstərir. Forumun əsas vəzifələrindən biri sağlam həyat tərzinin formalaşdırılması sahəsində Birlik ölkələrinin mövqelərinin uyğunlaşdırılması, Birlik ölkələri əhalisinin sağlamlığının qorunması və möhkəmləndirilməsi sahəsində təhsilin, fiziki fəallığın, qidalanmanın, ekoloji təhlükəsizliyinin, informasiya mühitinin, mədəniyyət ənənələrinin və s. rolunun müzakirə edilməsidir.

Tədbir MDB İcraiyyə Komitəsinin, MDB-nin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, MDB-nin iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının, MDB ölkələrinin icra hakimiyyəti orqanlarının dəstəyi, Rusiya Federasiyası Prezidenti Administrasiyasının, Rusiya Xarici İşlər Nazirliyinin və s. yardımı ilə təşkil olunmuşdur.

Forum çərçivəsində plenar iclas, elmi-praktik konfrans, "dəyirmi masa"lar keçiriləcəkdir. Birlik ölkələrində idmanın inkişafına və sağlam həyat tərzinin formalaşdırılmasına dair dövlət proqramları, ictimai və korporativ proqramlar sərgisi də işləyəcəkdir.

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

 

Moskva

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video