14 Oktyabr 2021 15:17
1026
İQTİSADİYYAT
A- A+

Moskvada Fərman Salmanov adına auditoriyanın və onun büstünün açılışı olub

 

Məşhur Azərbaycan geoloqu, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun 90 illik yubileyi şərəfinə Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində Fərman Salmanov adına auditoriyanın və onun büstünün açılışı olub.

AZƏRTAC xəbər verir ki, böyük həmvətənimizin auditoriyası və büstü Heydər Əliyev Fondunun dəstəyi ilə açılıb. Büstün müəllifi Azərbaycanın Xalq rəssamı Natiq Əliyevdir.

Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu mərasimi açaraq Heydər Əliyev Fonduna və şəxsən Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə təşəkkürünü bildirib.

Səfir deyib: “Heydər Əliyev Fondu Rusiyada çoxsaylı layihələr həyata keçirir – məktəbləri təmir edir, heykəllər qoyur, müxtəlif tədbirlər keçirir. Fondun fəaliyyətinin coğrafiyası Həştərxandan, Volqoqraddan Sankt-Peterburqa qədər geniş bir məkanı əhatə edir. Bu gün Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində Fərman Salmanovun büstü açılır”.

Diplomat əfsanəvi neftçinin həyat və fəaliyyəti barədə məlumat verib və öz xatirələrini bölüşüb. O deyib: “Mən bir həftə Sibirdə olmuşam və hər şeyi gözümlə görmüşəm. Bütün bunlar heyrət doğururdu. Bu barədə kitablar yazılıb, tamaşalar göstərilib. Fərman Salmanov hələ sağlığında canlı əfsanə idi. Bizim bəxtimiz gətirib ki, bu universitetdə Fərman Salmanovun adını daşıyan auditoriya və onun büstü açılır”.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gözəl təşəbbüsün həyata keçirilməsinə töhfə verən hər kəsə minnətdarlığını bildirib. Nazir deyib: “Ölkəmizin böyük nailiyyətlərinin populyarlaşdırılması üçün çoxillik səylərinə görə Heydər Əliyev Fonduna xüsusi təşəkkürümü bildirirəm”.

P.Şahbazov xatırladıb ki, Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf edən Fərman Salmanov olub. Salmanov iri neft və qaz yataqlarının kəşfinin iştirakçısı kimi dünya tarixində ən yüksək nəticələrə nail olmuş geoloqdur. Nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Fərman Salmanovun xatirəsi ölkəmizdə də əbədiləşdirilib.

Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin kafedra müdiri, RF-nin Əməkdar geoloqu, İ.M.Qubkin mükafatı laureatı Vaqif Kərimov vurğulayıb ki, bu auditoriyanın və büstün açılışı universitetin həyatında əlamətdar hadisədir. V.Kərimov bildirib ki, Fərman Salmanov Tümen vilayətinin şimalında 130-dan çox neft və qaz yatağının kəşfində iştirak edib. Onların arasında ehtiyatların həcminə və məhsulun keyfiyyətinə görə nadir yataqlar da var.

Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin prorektoru Yuri Panov Heydər Əliyev Fonduna təşəkkürünü bildirərək qeyd edib ki, Fərman Salmanov adına auditoriya bu ali məktəbdə görkəmli Azərbaycan və Rusiya geoloqunun təcrübəsini öyrənən bütün tələbələr üçün iş auditoriyası olacaq.

Fərman Salmanovun qızı Tatyana Salmanova atasının xatirəsinə göstərilən ehtirama görə Heydər Əliyev Fonduna, Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinə və tədbirin bütün iştirakçılarına təşəkkürünü bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video