18:31 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Moskvada Azərbaycanın, Rusiyanın və Ermənistanın dini liderlərinin üçtərəfli görüşü keçirilir
ANA SƏHİFƏ / SİYASƏT
15:38 13.10.2021

 

Oktyabrın 13-də Moskvada Moskvanın və bütün Rusiyanın patrixarxı Kirillin, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin və bütün ermənilərin katolikosu I Qareginin üçtərəfli görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, görüşü patriarx Kirill açıb. O qeyd edib ki, görüşdə Qarabağda çoxillik münaqişənin nəticələri müzakirə ediləcək.

Patriarx Kirill deyib: “Ümidvaram ki, biz xalqlarımıza daha çox lazım olan düzgün sözləri tapacağıq. İnanıram ki, Azərbaycanın və Ermənistanın dini liderlərinin nüfuzu insanların zəkasına səmərəli təsir göstərə biləcək, inanıram ki, bugünkü görüş faktının özü və əziz qardaşlar, sizin aranızda dialoq hamı üçün nümunə olacaq. Qoy ulu Tanrı bizim zəhmətimizi qəbul etsin və qədim Qafqaz torpağında möhkəm və uzunmüddətli sülhə nail olmağa kömək edəcək qarşılıqlı anlaşma tapmaqda bizə yardımçı olsun”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM