16 Sentyabr 2021 21:32
1144
Təhsil
A- A+

 Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və ADA Universiteti tərəfindən “MBA Finance” proqramının dinləyiciləri üçün modul açılıb

 

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda, MDBMİ Biznes və Beynəlxalq Səlahiyyətlər Məktəbi və ADA Universiteti tərəfindən birgə həyata keçirilən “МВА Finance” proqramının dinləyiciləri üçün ilk Moskva modulu açılıb.

AZƏRTAC xəbər verir ki, inkişaf üzrə prorektor - rektor aparatının rəhbəri Artyom Malgin ilk dinləyiciləri salamlayaraq, ADA Universiteti ilə ikili diplom proqramının bütün üstünlüklərindən, MDBMİ ilə Azərbaycanın aparıcı və ən müasir universitetlərindən biri ilə çoxillik əməkdaşlıqdan danışıb.

MDBMİ Biznes Məktəbinin direktoru Anjelika Mirzoyeva dinləyiciləri Biznes Məktəbi və onun əsasında həyata keçirilən magistr və biznes təhsili proqramları ilə tanış edib. “MBA Finance” proqramının elmi rəhbəri Vasili Tkaçyov MDBMİ-də tədris prosesinin təşkilindən və universitetin strukturundan, birinci modula daxil olan fənlərdən danışıb.

Bu modul çərçivəsində proqramın dinləyiciləri üçün korporativ maliyyə, İslam maliyyəsi, rəqəmsal maliyyə və FinTech kursları nəzərdə tutulub, praktik maliyyə və investisiya fəaliyyətləri ilə daha ətraflı tanış olmaları üçün onlara Rusiyanın ən böyük şirkətlərinə getmək imkanı yaradılacaq. Tədris hissəsi ilə yanaşı, dinləyiciləri Moskvanın muzeyləri və görməli yerləri üzrə zəngin mədəni proqramlar gözləyir.

Birinci modul zamanı “MBA Finance” dinləyiciləri “Sberbank”, “Rostelekom”, Beynəlxalq Ticarət Mərkəzi kimi şirkətlərə baş çəkəcək və Moskva Bölgəsi Regionun İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olacaqlar. Növbəti modulda Rusiya Dəmir Yolları, Rusiya Mərkəzi Bankı, Moskva Birjası, VTB və digər şirkətlərin maliyyə departamentləri ilə görüşəcəklər.

Modul sentyabrın 25-dək davam edəcək. Noyabr ayında MDBMİ proqramın dinləyicilərini ikinci modul üçün gözləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video