26 Yanvar 2012 02:01
364
İQTİSADİYYAT
A- A+

Monitorinqlər dənizin çirklənməsinin qarşısını almağa yönəldilir

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin  keçən il keçirdiyi 1441 monitorinq Xəzər dənizinin Azərbaycan sektorunun şimaldan cənubadək sahil zolağını əhatə edib.

Monitorinqlər çimərlik ərazilərində, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və təyin edilmiş koordinatlar üzrə açıq dənizdə keçirilib. Məqsəd dənizdə və sahil zolağında fəaliyyət göstərən, birbaşa və ya dolayı yolla Xəzər dənizinə antropogen təsir göstərən müəssisələrdə formalaşan bütün növ tullantıların dənizin suyuna, flora və faunasına göstərdiyi təsiri təhlil və tədqiq etməkdir. Toplanmış məlumatlar nəticə etibarilə həmin təsirlərin minimuma endirilməsi üçün tədbirlərin həyata keçirilməsinə yönəldilir.

Monitorinqlər zamanı su, qrunt, qazma məhlulu, şlam nümunələri götürülüb, onların üzərində ümumilikdə 38385 tədqiqat aparılıb. Eyni zamanda, ayrı-ayrı təşkilatlara məxsus bioloji və dezinfeksiyaedici qurğuların vəziyyəti də araşdırılıb. Onlar üzərində ciddi ekoloji nəzarət təmin olunub.

Keçirilən monitorinqlərdə həmçinin Xəzər dənizi ilə əlaqəsi olan 265 axar qeydə alınıb. Onlardan götürülmüş nümunələr üzərində müvafiq təhlillər aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video