03:25 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


01:26 27.11.2021

BİLDİRİŞ


01:25 27.11.2021

BİLDİRİŞ


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Moldova Parlamentinin sədri: Ölkəmiz Azərbaycanla çoxtərəfli əlaqələrin inkişafında maraqlıdır
ANA SƏHİFƏ / PARLAMENT
13:30 22.10.2021

 

Yunanıstanın paytaxtı Afinada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 21-də səfər çərçivəsində Moldova parlamentinin sədri İqor Qrosu ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Sahibə Qafarova Azərbaycanla Moldova arasında diplomatik əlaqələrin qurulmasından, hökumətlərarası birgə komissiyanın yaradılmasından, siyasi və iqtisadi münasibətlərin inkişafından söz açıb. Milli Məclisin sədri ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçılarının və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin, aparılan müzakirələrin və tərəflər arasında imzalanan sənədlərin əhəmiyyətini qeyd edib.

Görüşdə S.Qafarova Azərbaycanla Moldovanın qanunverici orqanları arasında mövcud əməkdaşlıq əlaqələri və bu münasibətlərin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini qeyd edib.

Söhbət zamanı Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin birinci ildönümü ərəfəsində olduğumuzu vurğulayıb, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatdan sonra bölgədə yaranmış yeni reallıqlardan söz açıb. Milli Məclisin sədri həmkarının diqqətinə çatdırıb ki, bir il əvvəl öz gücü hesabına Ermənistanın 30 illik işğalına son qoyan və ərazi bütövlüyünü bərpa edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 4 qətnaməsinin icrasını da təmin edib.

Milli Məclisin sədri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə də məlumat verib. Qeyd edib ki, münaqişə artıq tarixə qovuşub. İndi ölkəmiz bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunmasında maraqlıdır və bu istiqamətdə lazımi addımlar atır. Ermənistan isə hələ də təxribatçı əməllərini davam etdirir, minalanmış ərazilərin xəritələrini vermir təqdim etməkdən imtina edir.

Moldova Parlamentinin sədri İqor Qrosu ölkəsinin Azərbaycanla çoxtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. O, ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, ikitərəfli səfərlərin intensivləşməsinin vacibliyini qeyd edib. Ölkəsində məskunlaşmış azərbaycanlıların ictimai-siyasi həyatda yaxından və fəal iştirak etdiklərini diqqətə çatdırıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM