27 Noyabr 2021 18:52
546
SİYASƏT
A- A+

Möhsün Pak Ayin: İranla Azərbaycan arasındakı əlaqələrin inkişafı regionda sülhün və sabitliyin gücləndirilməsinə xidmət edəcək  

İran ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı regionda sülhün və sabitliyin gücləndirilməsinə xidmət edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Azərbaycan Respublikasındakı keçmiş səfiri Möhsün Pak Ayin yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin Tehrana səfəri hər iki tərəfin münasibətləri qoruyub saxlamaq və inkişaf etdirmək istəyində olduğunu göstərdi. İranın yeni hökumətinin xarici siyasətində qonşularla, o cümlədən Azərbaycanla əlaqələri inkişaf etdirmək prioritet istiqamətdir. İran ilə Azərbaycan beynəlxalq əhəmiyyət daşıyan iqtisadi layihələrin həyata keçməsi üçün birgə iş aparırlar.

“Şahin Mustafayevin səfəri zamanı İran rəsmiləri ilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara dəmir yolunun çəkilişini müzakirə etməsi də təsadüfi xarakter daşımırdı. Bu layihə Fars körfəzi və Cənub-Şərqi Asiya ölkələri ilə Şimali Avropanı nəqliyyat baxımından birləşdirəcək. İran və Azərbaycan Asiya ilə Avropa arasında tranzit rolunu oynayacaq. Asiyadan Avropaya və əks istiqamətə daşınan yüklər İran ilə Azərbaycan ərazisindən tranzit olaraq keçəcək. Bu çox əhəmiyyətli layihədir. Yolun Qəzvin-Rəşt hissəsi istismara buraxılıb. Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir”, - deyə keçmiş səfir bildirib.

M.Pak Ayin qeyd edib ki, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin davam etməsi hər iki ölkənin iqtisadi inkişafı üçün mühüm xarakter daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video