14:22 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

MÖCÜZƏ BAŞ VERMƏDİ

ANA SƏHİFƏ / İDMAN
01:44 25.06.2021

 

F qrupu

 

Portuqaliya - Fransa - 2:2

Qol: Ronaldo, 31-pen. (1:0), Benzema, 45+2-pen. (1:1), 47 (1:2), Ronaldo, 60-pen. (2:2)

Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)

Budapeşt. “Puşkaş Arena”

 

Qarşılaşmaya maraq böyük idi. Hər iki komandanın heyətində dünya ulduzlarının yer alması matça olan marağı daha da artırmışdı. Həqiqətən, oyun gərgin mübarizə şəraitində keçdi. Qarşılaşmanın ilk 10 dəqiqəsində tərəflər topu özündə daha çox saxlamaqla bir-birilərinin zəif nöqtələrini araşdırmaqla məşğul oldular.

Komandalar müdafiənin arxasına atılan toplarla daha çox boş zonalarda qol epizodları yaratmağı hədəfləyirdilər. Bu vaxt isə gah müdafiəçilər mövqe seçimlərində səhvə yol verir, gah da qapıçılar yanlışlığı sığortalamaq üçün daha çox irəli çıxmaq məcburiyyətində qalırdılar.

Belə epizodlardan birində Fransa seçməsinin qapıçısı Lloris topu uzaqlaşdırmaq istəyərkən yumruqla rəqib futbolçunun başına zərbə endirdi. Nəticədə təyin olunan penalti zərbəsini Ronaldo dəqiq  yerinə yetirməklə hesabı açdı.

Qoldan sonra portuqaliyalılar müdafiə taktikasını seçdilər. Elə buna görə daha çox topun dalınca qaçdıqları üçün fiziki yorğunluq hiss etməyə başladılar. Nəticədə cərimə meydançasında Mbapeyə qarşı etdikləri kobudluğa görə penalti aldılar. Zərbəni dəqiq yerinə yetirən Benzema hesabda tarazlığı bərpa etdi.

Fasilədən sonra da oyuna daha sürətli başlayan Fransa millisi Benzemanın vurduğu qolla hesabda irəli çıxdı. Buraxılan qoldan sonra  tədricən oyunun tempini artıran portuqaliyalı futbolçular irəlidə pressinq tətbiq etməklə fransalı həmkarlarının müdafiədən oyun qurmasına imkan vermədilər. Nəticədə itirilən hər topdan sonra mövqe seçimi səhvinə yol verən Fransa yığması qapısında daha bir qol gördü. Ronaldo penaltidən vurduğu qolla oyunda yekun hesabı müəyyənləşdirdi-2:2.

Bu nəticədən sonra hər iki komanda adını 1/8 finala yazdırdı.

 

Almaniya - Macarıstan - 2:2

Qol: Szalay, 11 (0:1), Havertz, 66 (1:1), Şafer, 68 (1:2), Qoretska, 83 (2:2)

Baş hakim: Sergey Karasyov (Rusiya)

Münhen. “Allyans Arena”

 

Elçin CƏFƏROV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM