04 Oktyabr 2021 10:35
465
SİYASƏT
A- A+

Misirli baş redaktor Azərbaycanın informasiya müharibəsində qələbəsindən yazıb

 

Misirin “Əldiplomasi” informasiya portalının baş redaktoru Əşrəf Əbu-Urafə 44 günlük müharibə vaxtı Azərbaycanın informasiya cəbhəsində qələbəsindən bəhs edən məqalə yayımlayıb.

AZƏRTAC xəbər verir ki, misirli jurnalist ingilis dilində yazdığı məqalədə Ermənistan və onun dünyadakı havadarları tərəfindən istər müharibə günlərində, istərsə də atəşkəsdən sonra rəsmi və qeyri-rəsmi KİV-də, sosial şəbəkələrdə yalan, şayiələrə əsaslanan xəbər və dezinformasiyalar yayıldığı faktlarını diqqətə çatdırıb. O qeyd edib ki, ermənilərin yalan maşınının müharibədən əvvəl işğalçı siyasəti gizlətmək və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri ört-basdır etmək istiqamətində apardığı çirkin kampaniya döyüş meydanında ağır məğlubiyyətə uğradıqdan və kapitulyasiya sənədini imzaladıqdan sonra da aparılır. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən rəhbərlik etdiyi informasiya müharibəsində qazanılan uğurlar erməni yalanlarını bütün dünya qarşısında ifşa edir.

Əbu-Urafə qeyd edib ki, artıq dünyada baş verən qlobal proseslər, yeni geosiyasi reallıqlar fonunda Ermənistanın yalan maşını beynəlxalq ictimaiyyəti yanlış informasiyalarla aldada bilmir. Müasir texnologiyalar əsrində bütün dünya, o cümlədən ərəb ictimaiyyəti işğalçı dövlətin Azərbaycan ərazilərində mülki şəxsləri qətlə yetirməsi, dini abidələri dağıtması və təhqir etməsi, etnik təmizləmə siyasəti yürütməsinin şahidi oldu.

Məqalədə qeyd olunub ki, müharibə günlərində və ondan sonra, bəzi xarici media orqanları Ermənistanın yalan və böhtan kampaniyasına alət olub. Hətta bəzi nüfuzu olmayan ermənipərəst siyasətçilərlə yanlış məlumatlara əsaslanan müsahibələr təşkil edilib. Lakin Azərbaycan bütün dünyaya sübut etdi ki, demoqrafik böhran keçirən və ordusu zəif olan işğalçı dövlət döyüşlərdə xaricdən gətirilmiş muzdlu əsgərlərdən istifadə edib. Beynəlxalq ictimaiyyət Azərbaycan Ordusunun qüdrətini, onun öz gücünə torpaqları düşməndən azad etmək əzmini gördü və bu, dünyanın nüfuzlu mətbuat orqanlarında, o cümlədən ərəb mediasında öz əksini tapdı.

Qeyd edək ki, Əbu-Urafənin baş redaktoru olduğu, ərəb və ingilis dillərində informasiyalar yayan populyar “Əldiplomasi” portalı 44 günlük müharibə zamanı Azərbaycanın ədalətli mövqeyini əks etdirən məqalələr, habelə AZƏRTAC-ın materiallarını yayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video