29 Mart 2012 01:03
359
Mədəniyyət
A- A+

Misirin İsgəndəriyyə şəhərində «EgAz» jurnalının birinci nömrəsi çapdan çıxmışdır

 

Misirin İsgəndəriyyə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan ticarət təmsilçiliyi tərəfindən "EgAz" jurnalının ərəb dilində ilk nömrəsi çapdan çıxmışdır.

 AzərTAc xəbər verir ki, jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin son illərdə əldə etdiyi uğurlar, milli bayramlarımız, xalq sənətimizdən bəhs edən müfəssəl məqalələr dərc edilmişdir.

Jurnalın ilk səhifəsində Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin ümummilli lider Heydər Əliyevə həsr etdiyi "Misir-Azərbaycan ənənəvi dostluq əlaqələrini dirçəldən şəxsiyyət" adlı məqaləsi yer almışdır. Səfir məqalədə ulu öndərin həyat və fəaliyyətindən geniş bəhs edir.

Jurnalda Ş.Abdullayevin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi qətliamla bağlı məqaləsi də dərc olunmuşdur.

"EgAz" jurnalının ilk nömrəsi 1992-ci il fevralın 26-da erməni faşistləri tərəfindən törədilmiş Xocalı soyqırımına həsr olunmuşdur. Ölkəmizin Misirdəki səfirliyinin bu faciə ilə bağlı Ayn Şəms Universitetində keçirdiyi tədbir, "XX əsrin faciəsi - Xocalı soyqırımı" adlı məqalə jurnalın səhifələrində öz əksini tapmışdır.

Jurnalda, həmçinin Azərbaycanın siyasi və iqtisadi həyatına geniş yer verən məqalələr də vardır. Fələstin Prezidenti Mahmud Abbasın ötən ilin iyununda ölkəmizə rəsmi səfəri, Prezident İlham Əliyev ilə görüşü və Bakıda Fələstin səfirliyinin açılmasında iştirakından bəhs edən məqalədə Azərbaycanın sülh danışıqlarında bu ölkəni daim dəstəklədiyi vurğulanmışdır.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda dövlətimizin başçısının nitqinin tam mətni də öz əksini tapmışdır.

Jurnalın baş redaktoru tanınmış jurnalist Farid El Qabali "Qədim xalq" adlı məqaləsində Azərbaycan və Misir xalqları arasında tarixi bağlılığın olduğunu diqqətə çatdırmışdır. Azərbaycan ərazilərinin işğala məruz qaldığını bildirən müəllif Misirin ölkəmizin haqlı mövqeyini hər zaman tam dəstəkləyəcəyini vurğulamışdır.

Jurnalda, həmçinin Azərbaycanın mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlər, xüsusilə də "Eurovision-2011" mahnı müsabiqəsində qələbəsi ilə bağlı məqalələr yer almışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video