30 Sentyabr 2011 06:09
575
DÜNYA
A- A+

Misir partiyaları hərbçilərə ultimatum verdi

 

Misirin siyasi partiyaları ölkəyə rəhbərlik edən hərbçiləri seçki qanunvericiliyinin dəyişdirilməyəcəyi təqdirdə parlament seçkilərini boykot etməklə hədələmişlər. Bu barədə "Röyter" agentliyi xəbər verir.

"Əl-Cəzirə" telekanalının xəbərinə görə, 60 partiyanın, o cümlədən ən nüfuzlu partiyalardan sayılan "Müsəlman qardaşları"nın üzvləri birgə bəyanatla çıxış etmişlər. "Vəfd" partiyasının lideri Səid Bədəvi demişdir ki, hakimiyyət bazar gününədək irəli sürülmüş tələblə razılaşmasa, siyasi partiyalar boykot elan edəcək.

Partiyaların tələb etdiyi dəyişikliklər parlamentin aşağı və yuxarı palatalarına deputatların seçilməsi qaydasına aiddir. Silahlı Qüvvələrin Ali Şurası tərəfindən qəbul olunmuş qanuna əsasən, siyasi partiyaların namizədləri seçkilərə yalnız siyahılar çərçivəsində qoşulmalıdırlar. Özü də onlar üçün parlamentin hər iki palatasında yerlərin üçdə ikisi ayrılmışdır. Qalan yerlər müstəqil namizədlər üçün nəzərdə tutulmuşdur. Partiyaların nümayəndələri isə seçkilərdə təkcə partiya siyahıları ilə deyil, həm də müstəqil namizəd kimi iştirak etmək istəyirlər. Xatırladaq ki, Misir parlamentinə seçkilər noyabrın 28-də keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video