19 Noyabr 2021 22:35
779
PARLAMENT
A- A+

Misir parlamentinin sabiq vitse-spikeri: Azərbaycanın qazandığı Zəfər bütövlükdə regionun inkişafına töhfə verəcək

 

Misir parlamentinin sabiq birinci vitse-spikeri, Seyyidlər İttifaqının sədri Seyyid Mahmud Şərif 8 Noyabr – Zəfər Günü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu göndərib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Seyyid Mahmud Şərif məktubunda qardaş Azərbaycan Respublikasının Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə daim əmin-amanlıq və tərəqqi içində yaşamasını arzulayıb.

Sabiq birinci vitse-spiker Azərbaycan parlamentinin rəhbərinə ən səmimi arzu və təbriklərini çatdırmaqdan iftixar və məmnunluq duyduqlarını bildirib. Vurğulayıb ki, qardaş Azərbaycana beynəlxalq səviyyədə tanınmış torpaqlarını qaytaran bu Zəfər bütövlükdə regionun inkişafına töhfə verəcək.

Ölkəmizə səfərləri zamanı burada müxtəlif sahələrdə inkişafın şahidi olduğunu məmnunluqla qeyd edən Seyyid Mahmud Şərif, eyni zamanda, Azərbaycanda dinc yanaşı yaşayışın və plüralizm dəyərlərinin bariz nümunəsini gördüyünü, xalqlarımız arasında dərin məhəbbətin olduğunu vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video