23:59 28 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Minilləri aşıb gələn möcüzəvi kağızlar

ANA SƏHİFƏ / SƏHIYYƏ
01:27 30.05.2021

 

Misir təbabəti mövzusunda ən qədim dövrü anladan papirus “Kahun” papirusudur. Dövrümüzdən 3000 il əvvəlin tibbi məlumatlarını özündə əks etdirən bu papirusda ginekologiyadan və baytarlıqdan bəhs olunur.

“Smith” papirusu isə cərrahi məlumatlardan bəhs edir. “Smith” papirusunda bir həkimin mükəmməl şəkildə beyinə qədər işləyən zədə ilə əlaqədar müşahidəsi yer alıb. Burada beyin qişası, onurğa beyni mayesi və beyin qıvrımları tanıdılır, xəstənin hər iki burun dəliyindən qan gələcəyi və boynunun sərtləşəcəyi izah edilir.

“Ebers” papirusu isə ilk tibbi məlumat kitabı kimi tanınır. “Böyük Berlin” papirusu və “Hearst” papirusu da “Ebers” papirusuna bənzəyir, lakin bu papiruslarda əsasən reseptlər verilib və çoxlu sehrli və dini formullar var.

O da maraqlıdır ki, vaxt etibarı ilə daha sonra yazılan papiruslarda çoxlu sehrli məlumatlar var. Buradan da Misir tibbinin rasional bir tərzdə başladığını, ancaq daha sonradan, yəni Misir sivilizasiyasının zəifləməyə başlaması ilə sehrli bir xüsusiyyətə büründüyü ortaya çıxır. Bu papirusların tibb sahəsində ən çox məlumat verənləri heç şübhəsiz “Edvin Smit” və “Ebers”dir. Bu papiruslarda, həm xəstəliklərlə bağlı məlumatlar, həm də xəstəlik tarixçələri də yazılırdı. “Edvin Smit” papirusunda belə bir nümunə var: “Servikal fəqərənin çıxığı barədə məlumat: Əgər servikal fəqərənin çıxığı olan bir xəstəni müayinə etsəniz, qollarında və ayaqlarında həssaslıq var, gözləri qanlıdır. Belə bir xəstəliyi aşağıdakı kimi təsvir etməlisiniz. Bir xəstənin qollarında və ayaqlarında həssaslıq olmadığı və servikal fəqərənin çıxığı olduğu üçün bu xəstəlik sağalmazdır”.

Tibbi məlumat vermək baxımından əhəmiyyətli bir tapıntı da eramızdan əvvəl 2500-cü ildə yaşamış bir kraliçanın məzarında tapılan tibbi qutuda olan ləvazimatlardır. Bu qutuda bir çox dərman vazaları, kiçik dərman qaşıqları, qurudulmuş dərmanlar və otlar tapılmışdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM