16 Oktyabr 2021 00:57
678
İQTİSADİYYAT
A- A+

Mingəçevir abadlığından qalmır

 

Mingəçevirdə yaşayış məhəllələrinin ardıcıllıqla kompleks şəkildə abadlaşdırılma işləri davam edir. Növbəti məhəllədə abadlıq və quruculuq işləri bu günlər şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılovun iştirakı ilə başlanmışdır. N.Nərimanov, Ş.İ.Xətai və A.Məmmədov küçələrinin əhatəsində yerləşən, abadlaşdırılması nəzərdə tutulan 135-ci məhəllədə ümumilikdə 16 yaşayış binası yerləşir və bu binalarda 3 min nəfərdan artıq əhali yaşayır.

Abadlıq işləri ŞİH-in Memarlıq və tikinti şöbəsi tərəfindən hazırlanmış vahid plan əsasında texnoloji ardıcıllıq gözlənilməklə həyata keçiriləcək. İlkin mərhələdə kommunal xidmət təşkilatları istifadəyə yararsız naqil və boruları dəyişəcək, paralel olaraq isə məhəllədəki idman qurğuları, söhbətgahlar, xeyir-şər mağarları əsaslı  təmir ediləcək. Bunun ardınca səkilər asfaltlanacaq  və yaşıllıqlar salınacaq. Sonrakı mərhələdə binaların fasadları və giriş hissələrinin təmiri nəzərdə tutulub.

Məhəllə sakinləri qarşısında çıxış edən İ.İsmayılov bütün rayon və şəhərlərdə olduğu kimi, Mingəçevirdə də əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün geniş abadlıq-quruculuq işlərinin aparıldığından danışmışdır. Mingəçevirdə bütün məhəllələrin kompleks şəkildə abadlaşdırılacağını bildirən ŞİH-in başçısı əlavə etmişdir ki, əvvəllər bir neçə belə məhəlləmiz var idi və həmin məhəllələri nümunə göstərirdik, onu “Nümunəvi məhəllə” adlandırırdıq: “Ancaq artıq bu proses genişlənərək kütləvi xarakter alıb. Mərhələli şəkildə Mingəçevirdəki bütün məhəllələr abadlaşdırılaraq nümunəvi hala gətiriləcək”.

Eyni zamanda sakinlərlə görüşən İ.İsmayılov onların qarşılaşdıqları problemlərlə maraqlandı. Demək olar sakinlərin əksər hissəsi binalardakı kanalizasiya sistemindən narazılıq etdilər. ŞİH-in başçısı Mingəçevirdə kanalizasiya sisteminin yenidən qurulma  işlərinin “Azərsu” ASC tərəfindən həyata keçirildiyini və işlərin artıq 50 faizinin başa çatdığını bildirərək əlavə etdi ki, işlər tam yekunlaşmadığı üçün bir sıra hallarda əhalinin narazılıqları haqlıdır. Bununla belə, şəhərin Su-Kanal İdarəsinin rəhbərliyinə kanalizasiya sistemində həlli vacib məsələləri imkan daxilində həll etməyi tapşıran icra hakimiyyətinin başçısı həmin gün əsaslı təmir olunacaq Ş.İ.Xətai küçəsində işlərin gedişi ilə də tanış oldu. Qeyd edək ki, təsdiq olunmuş plana əsasən, Ş.İ.Xətai küçəsində bütün yeraltı kommunikasiya xətləri yenidən qurulacaq, yol və səkilər təmir edilərək asfaltlanacaq, qazon və yaşıllıq zolaqları salınmaqla yanaşı, ağaclar əkiləcək və müasir işıqlandırma sistemi quraşdırılacaq.

 

Lazım QULİYEV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video