16 Sentyabr 2011 07:09
446
Təhsil
A- A+

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında «Bilik günü» qeyd olunmuşdur

 

Yeni tədris ilinin başlanması ilə əlaqədar respublikanın bütün təhsil müəssisələrində olduğu kimi, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında da 15 sentyabr - "Bilik günü" təntənəli şəkildə qeyd edilmişdir.

Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, əlaçı kursantlar tərəfindən dövlət bayrağı qaldırılmış və dövlət himni səsləndirilmişdir.

Yeni tədris ilinin başlanması münasibətilə professor-müəllim heyətini və kursantları təbrik edən akademiya rəisinin birinci müavini, general-mayor Şahin Sultanov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il  sentyabrın 15-i ölkəmizdə "Bilik günü" kimi qeyd olunur.

 Bütün həyati əhəmiyyətli sahələr üzrə Azərbaycan Respublikasının inkişaf perspektivlərini uzaqgörənliklə, düzgün müəyyənləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş elm və təhsil strategiyasını da yeni dövrün tələbləri səviyyəsində uğurla davam etdirir. 2005-ci ildən Avropanın əksər inkişaf etmiş ölkələrini özündə birləşdirən Bolonya prosesinə qoşulan respublikamızda təhsilin ən müasir beynəlxalq tələblərə uyğun təşkilini, milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyini, dünya təhsil sisteminə inteqrasiyanı təmin etmək məqsədilə 2009-cu il iyunun 19-da "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Cari il iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında Sərəncam imzalamışdır.

Şahin Sultanov qeyd etmişdir ki, 2005-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin akademiyasına ümummilli lider Heydər Əliyevin adının verilməsi, Ali Baş Komandan İlham Əliyevin 2006-cı il martın 27-də akademiyada ulu öndərin abidəsinin və "Şöhrət" muzeyinin açılışında iştirak etməsi, nazirliyin və onun akademiyasının fəaliyyətini yüksək qiymətləndirməsi ən əlamətdar hadisə olmaqla yanaşı, fəaliyyət üçün yeni stimul vermişdir.

General-mayor Şahin Sultanov demişdir ki, ölkə rəhbərliyinin diqqət və qayğısı, milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun yüksək təşkilatçılığı və nəzarəti sayəsində akademiyada ən mükəmməl təhsil üçün planlı tədbirlər həyata keçirilir, təlim-tədris bazası daha da təkmilləşdirilir və durmadan inkişaf etdirilir.

Kursantlara daim yüksək nizam-intizam, nümunəvi davranış nümayiş etdirməyi, tədrisə məsuliyyətlə yanaşmağı, Vətənə, xalqa, dövlətə sədaqətli olmağı tövsiyə edən Şahin Sultanov bildirmişdir ki, zəngin və mənalı həyatının 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyevin ömür yolu hamı üçün örnək, həyat məktəbi olmalıdır. Müasir tələblərə cavab verən, hərtərəfli hazırlıqlı zabit kimi yetişmək üçün ulu öndərin azərbaycançılıq irsini mənimsəmək hər bir kursantın vətəndaşlıq borcudur.

General-mayor bu xüsusi təyinatlı ali təhsil müəssisəsində yaradılmış yüksək şəraitə, daimi diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə Akademiyanın rəhbərliyi və şəxsi heyəti adından dərin minnətdarlığını bildirmişdir.

Tədbirin sonunda kursantlar təntənəli marşla tribunanın önündən keçərək yeni biliklərə yiyələnmək üçün auditoriyalara yollanmış və akademiyada tədris prosesinə başlanılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video